Quba, 21 noyabr, AZƏRTAC Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin müəyyən etdiyi inkişaf istiqamətləri bu gün də aktuallığını qoruyur. Müasir tibbi texnologiyaların tətbiqi, həkimlərin peşəkar bilik və bacarıqlarının davamlı təkmilləşdirilməsi, tibb elminin nailiyyətlərinin praktik səhiyyəyə inteqrasiyası onun zəngin irsinin davam etdirilməsinin əsas istiqamətlərindəndir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba şəhərində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfransda bildirilib.Prezidenti İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” 2026-cı il 20 avqust tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbir Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Konfransda səhiyyə və elm ictimaiyyətinin nümayəndələri, alimlər, tibb mütəxəssisləri, institutun professor-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Quba şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsinə ehtiramlarını bildiriblər.Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Pənahov çıxış edərək Əziz Əliyevin zəngin dövlətçilik və elmi irsi, Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin formalaşması və inkişafındakı müstəsna xidmətləri haqqında danışıblar. Bildirilib ki, onun həkim kadrlarının hazırlanması, tibb müəssisələrinin inkişafı, elmi-pedaqoji fəaliyyətin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər ölkəmizin səhiyyə tarixində mühüm yer tutur.Konfransda bildirilib ki, Əziz Əliyevin 130 illik yubileyinin ölkənin müxtəlif bölgələrində elmi-praktik tədbirlərlə qeyd olunması onun çoxşaxəli irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Azərbaycan səhiyyəsinin inkişafında tarixi ənənələrin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.Tədbirdə institut tərəfindən hazırlanan, Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs olunan sənədli videoçarx nümayiş etdirilib.Daha sonra konfrans elmi məruzələrlə davam edib. Proqram çərçivəsində müasir tibbin aktual istiqamətlərini əhatə edən beş elmi məruzə təqdim olunub.Məruzələrdə ortoqnatik cərrahiyyədə rəqəmsal texnologiyaların tətbiqi, MRKH sindromlu pasiyentlərdə amnion mənşəli qreftdən istifadə etməklə neovaginanın yaradılması, baş beynin damar mənşəli patologiyalarının müasir diaqnostikası, diz oynağı bağlarının zədələnmələrinin müalicəsi, eləcə də diş-çənə anomaliyalarının profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsulları müzakirə olunub.Təqdim edilən elmi araşdırmalar müasir tibbin nailiyyətlərinin, innovativ diaqnostika və müalicə metodlarının həkimlər arasında yayılması, elmi biliklərin praktik təcrübə ilə uzlaşdırılması baxımından maraq doğurub.Konfrans çərçivəsində aparılan müzakirələr elmi təcrübə mübadiləsinin genişləndirilməsinə, müxtəlif tibbi ixtisaslar üzrə müasir yanaşmaların paylaşılmasına və həkimlərin peşəkar inkişafına töhfə verib. Müxbir – Elxan Yusifli
Bu gün
811 xəbər bu gün
Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) noyabrın 15-də başlayan 20-ci sammiti Afrika qitəsindəki siyasi ziddiyyətlərin beynəlxalq platformalara necə daşındığını bir daha nümayiş etdirib. Kambocanın paytaxtı Pnompendə…
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki…
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Las-Veqas Qran-Prisində birinci yeri tutub. Ikinci yeri “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, üçüncü yeri isə onun komanda…
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu milli bayram münasibətilə təbrik edib.
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycanla ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına…
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sabah arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən…
Azərbaycanda ən yaşlı universitet müəllimi Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur. O, 1968-ci ildən Bakı Dövlət Universitetində (BDU) çalışır. Pedaqoq hazırda BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının…
Ölkədə keyfiyyətli qida və ərzaq təhlükəsizliyi məsələləri müzakirə mövzusudur. Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasında deputatlar bu sahədə mövcud problemlərə toxunaraq, xüsusilə kənd təsərrüfatında…
"Boka Xuniors" klubunun futbolçusu Leandro Paredes oyundan sonra müsahibə verərkən qəfil huşunu itirərək yerə yıxılıb. "TyC Sports"a istinadən, hadisə "Boka Xuniors"un Cənubi Amerika Kubokunun finalında Braziliyanın…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Jozef Auna təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü…
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sabah arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz…
Futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan təmsilçisi də iştirak edəcək. Hakim-inspektor Elçin Səmədli qitənin nüfuzlu klub turnirində növbəti təyinatını alıb. Həmyerlimiz Litvanın “Kauna…
Srağagün futbol üzrə Azərbaycan çempionatının 1-ci liqasında 8-ci turun son iki oyunu keçirilib. Turun mərkəzi görüşündə lider “Şahdağ Qusar” Binə qəsəbə stadionunda “Gəncəbasar”ı qəbul edib. Gərgin mübarizə şəraitində…
Türkiyə çempionatının 12-ci turunda ''Qalatasaray'' ''Samsunspor''u qəbul etdi. ''İstanbul BŞ''yə məxsus ''Fatih Terim'' stadionunda keçirilən oyunda ''Cim-Bom'' Lukas Torreyra və Yunus Akgünün qolları ilə 2:1 hesablı…
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hava məkanına daxil olan kəşfiyyat pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. “Tasnim” agentliyinə istinadən, bu barədə SEPAH bəyanat yayıb.Bildirilib…
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu milli bayram münasibətilə təbrik edib. Təbrikdə deyilir:"Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və…
Cənubi Koreya Prezidenti Li Çje Myon təhsil naziri Çxve Qyo Çjinin istefasını qəbul edib. Buna səbəb hakimiyyətin dövlət imtahanlarında süni intellekt vasitəsilə köçürmənin qarşısını almaq üçün müvafiq sistemi vaxtında…
ВС России установили контроль над населенным пунктом Сосновый Бор в Харьковской области, сообщили в Минобороны РФ.
Пожар на популярном курорте Нунгви на острове Занзибар в Танзании затронул шесть отелей, а также магазины и небольшие кафе, сообщают местные СМИ. Огонь вспыхнул днем...
İran tərəfi ABŞ-nin tətbiq etdiyi blokadadan çıxmaq üçün plan hazırlayıb. Bunu "Bəsic" qüvvələri rəhbərinin müavini Qasım Qureyşi jurnalistlərə açıqlayıb. "Biz blokadanı yarmaq üçün plan hazırlamışıq. İndiyədək bu…
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Jozef Aunu milli bayram münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və…
Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо Президенту Ливанской Республики Джозефу Ауну по случаю Дня независимости Ливана. Как передает Day.Az со ссылкой на АЗЕРТАДЖ, в письме говорится…
Пятилетний ребенок скончался от кори в штате Вирджиния, граничащем с Вашингтоном. Это первый зарегистрированный в штате случай смерти от этого заболевания с 1978 года. Об этом сообщило министерство здравоохранения штата…
Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli…
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Jozef Auna təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və…
С 22 ноября 2026 года между Азербайджаном и Иорданией начинает действовать безвизовый режим для граждан обеих стран, имеющих общегражданские паспорта. Как передает Day.Az со ссылкой на Государственую миграционную службу…
Müstəqillik Günü
Prezident
Baş nazir
Xərçəngin müalicəsində şiş hüceyrələrini daha dəqiq hədəfə alan və sağlam toxumaları qoruyan yeni nəsil üsullar sürətlə inkişaf etdirilir.
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti...
Azərbaycanda ən yaşlı universitet müəllimi Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.
Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq…
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və…
22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonda fəaliyyət göstərən ədliyyə orqanlarının…
Bakı Dövlət Universitetinin sabiq rektoru Elçin Babayevlə bağlı sensasion fakt üzə çıxıb. Belə ki, 2019-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə universitetin rektoru Elçin…
Rusiya prezidenti Vladimir Putin ölkənin idarəetmə sistemini yenidən quraraq özünə yaxın 13 nəfərdən ibarət komanda formalaşdırır. Yeni modeldə konkret varis müəyyənləşdirilmir, əsas məqsəd isə Putinin şəxsi nəzarətini…
Fransada yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları davam edir. Moderator.az xarici KİV-ə istinadla bildirir ki, ilkin məlumatlara görə, dünən axşam saatlarına olan vəziyyətə əsasən, polis 144 etirazçını…
Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Jozef Auna təbrik məktubu ünvanlayıb. Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub…
Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Zati-aliləri general Jozef Auna təbrik məktubu göndərib.
Qazaxda iki nəfər bıçaq xəsarəti alıb.
Android əməliyyat sistemi ilə işləyən cihazların sahiblərinə qarşı kiberdələduzluq halları artıb. Zərərli proqramların yayılmasının genişlənməsi xüsusilə bu əməliyyat sistemindən istifadə edən cihazlarda qeydə alınır…
Slovakiyanın şərqində, Kruzlova kəndi yaxınlığında naməlum şəxslər sovet marşalı İvan Konevin abidəsinə çəhrayı boya atıblar. Heykəlin qarşısındakı daş döşəməyə də təhqiramiz yazı yazılıb. Bu barədə xarici KİV yazıb…