ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə birlikdə çəkilmiş fotosunu paylaşıb.
Tramp özünün “Truth social” səhifəsində paylaşdığı fotonun üzərinə “Mənim dostum” (My friend) yazıb.
Bundan başqa, o öz səhifəsində ABŞ-ın keçmiş prezidenti Franklin Ruzvelt, Britaniyanın keçmiş lideri Uinston Çörçill və SSRİ-nin keçmiş lideri İosif Stalinin 1944-cü ildə Krım konfransı zamanı çəkilmiş şəkilləri ilə Çin lideri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin və özünün Çində birgə çəkilən şəkillərini yanaşı qoyaraq, “Böyük güclər 1945, 2026” qeyd edib.