Mədəniyyət naziri Adil Kərimli Yeni Delhidə keçirilən forumda iştirak edir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Delhidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.
Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.
Forum çərçivəsində mədəniyyət nazirlərinin və iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə açılış sessiyası keçirilib.
Sessiyada mədəniyyət naziri Adil Kərimli çıxış edərək mədəniyyətlərarası dialoqun təşviqi, mədəni irsin qorunması və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Forumun əsas məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsidir.