ABŞ Ukrayna ilə bağlı bəndi Tramp, Putin və Si Cinpinin bəyannaməsindən çıxarıb

Donald Tramp, Vladimir Putin və Si Cinpinin üçtərəfli sammitinin yekun bəyannaməsinin ilkin variantında Ukrayna ilə bağlı müddəa nəzərdə tutulub, lakin Vaşinqton həmin bəndin yekun mətndən çıxarılmasını istəyib.

Bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.

“Oradakı ifadə uğursuz idi, buna görə də ABŞ onu çıxardı. Məncə, bu, düzgün qərar idi”, – Stubb qeyd edib.

Finlandiya Prezidenti, həmçinin bildirib ki, sammitdən sonra ABŞ Prezidenti Donald Tramp “İstəklilər koalisiyası”nın Berlin görüşünün iştirakçılarına təyyarəsindən telefonla zəng edib. Tramp Ukraynadakı müharibənin başa çatmasının vacibliyini vurğulayıb və Avropanın resurslarını digər məqsədlərə yönəldə bilməsi üçün münaqişənin sona çatmalı olduğunu deyib.