Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt” və “Sabah” komandaları qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “bayquşlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 32-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, XII tura noyabrın 22-də yekun vurulacaq.