Respublika Uşaq Təşkilatı ofisindən zorla çıxarılır.
Bununla bağlı təşkilatın rəhbəri Zəhra Bədəlbəyli sosial mediada paylaşım edib.
Qeyd edək ki, təşkilatın ofisi Hökumət Evində yerləşir. Artıq 24 ildir ki, təşkilat burada fəaliyyət göstərir.
Z.Bədəlbəyli bildirib ki, təşkilata hələ Ulu Öndər Heydər Əliyevin prezident olduğu dövrdən qayğı göstərilib. Bu qayğı Prezident İlham Əliyevin dövründə bir qədər də artırılıb.
Bu gün isə, Ümumdünya Uşaq Günündə, təşkilat ofisindən çıxarılır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə ofisin qarşısında bir neçə şəxsin olduğu, dəhlizdə gərginlik yaşandığı görünür.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil. Təşkilatın ofisdən çıxarılmasının səbəbləri və bununla bağlı rəsmi qərarın olub-olmadığı açıqlanmayıb.
Instagram paylaşımıinstagram.com/reel/Df9uy0NMJv_/