Bakı, 20 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsi ölkəmizin parlaq Qələbəsi ilə başa çatdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan hissəsini boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri heç bir itki vermədən, bir güllə belə atmadan Ağdam şəhərinə daxil oldu. Bu hadisə döyüş meydanında qazanılan hərbi üstünlüyün siyasi-diplomatik müstəvidə məntiqi davamı kimi tarixə yazıldı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırdı. Daha sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı. Ağdam məscidinin qarşısında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, həmin gün Ağdam şəhərində olması, məscidi ziyarət etməsi və Azərbaycan Dövlət Bayrağını ucaltması tarixi hadisədir. Dövlətimizin başçısı Ağdamın işğaldan azad olunmasını tarixi missiyanın şərəflə yerinə yetirilməsi kimi qiymətləndirərək vurğuladı ki, döyüş meydanında əldə edilən Qələbə Ağdam, eləcə də Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilməsinə imkan yaratdı. Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib. Deputat xatırladıb ki, tarixən Qarabağın iqtisadi, mədəni və sənaye mərkəzlərindən biri olan Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 42 gün davam edən ağır döyüşlər nəticəsində rayon ərazisinin 73 faizi, o cümlədən Ağdam şəhəri və 90 kənd işğal olunub, 128 min sakin məcburi köçkün həyatı yaşamağa məcbur edilib. 27 illik işğal dövründə Ağdam görünməmiş vandalizmə məruz qalıb. Şəhərin bütün infrastrukturu, yaşayış binaları, məktəblər, mədəniyyət ocaqları, məscidlər və qəbiristanlıqlar tamamilə yerlə-yeksan edilib. Dağıntıların miqyasına görə beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” və “Ruhlar şəhəri” adlandırıblar. Ağdam şəhərinin 2022-ci ilin oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etməsi bütün bu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıb. Malik Həsənov vurğulayıb ki, bu gün Ağdam tamamilə yeni mərhələyə – bərpa və Böyük Qayıdış dövrünə qədəm qoyub. Şəhərdə aparılan bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bərdə-Ağdam avtomobil və dəmir yolu xətləri, eləcə də Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi regionun nəqliyyat qovşağına çevrilməsinə zəmin yaradır. Ağdam Sənaye Parkının yaradılması və burada müxtəlif istehsal müəssisələrinin fəaliyyətə başlaması bölgənin iqtisadi potensialını yenidən canlandırır. Ağdam Muğam Mərkəzinin açılışı, tarixi-dini abidələrin bərpası şəhərin qədim ruhunu özünə qaytarır. Yeni yaşayış komplekslərinin salınması, Kəngərli, Sarıcalı və Xıdırlı kimi kəndlərin bərpası keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir. Deputat diqqətə çatdırıb ki, Ağdam keçmiş məcburi köçkünlərin qayıtdığı 10 şəhər sırasındadır. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Ümumilikdə bu ərazilərdə 2146 ailə olmaqla 8300 nəfər yaşayır. Malik Həsənov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi Zəfərimizin və böyük dirçəlişin rəmzidir. Bu günlər görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Bir vaxtlar dağıntıları ilə qəlbimizdə dərin kədər doğuran Ağdamın bu gün yenidən Qarabağın incisi kimi dirçəlməsi böyük qürur hissi doğurur.
Bu gün
2149 xəbər bu gün
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-nin Nyu-York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan "Times" meydanındakı böyük reklam…
İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Erlinq Holandı transfer etmək istəyir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 205 milyon 52,2 min ton yük daşınıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, hesabat dövründə yük…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Heydər…
Bəzi universitetlərdə müəllimlərin əməkhaqqının orta məktəb müəllimlərinin məvacibindən aşağı olması ali təhsil sahəsində əməkhaqqı sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Deputat Ceyhun…
Müasir dövrdə siyasət artıq təkcə rəsmi kabinetlərdə, diplomatik masalar arxasında deyil, həm də milyonlarla insanın gündəlik izlədiyi ekranlarda, sosial şəbəkələrdə baş verir. Ənənəvi medianın sərhədlərini aşan dünya…
В 2027 году в Баку впервые пройдет баскетбольный чемпионат Европы среди спортсменов не старше 20 лет. Соответствующее решение принято на заседании Совета правления ФИБА Европа в Гамбурге. Это будет чемпионат Европы U-20…
"Turan Tovuz" Misli premyer-liqasının 12-ci turunda səfərdə "Şamaxı"nı məğlub etdi - 2:0. "Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin…
“Şəfa”nın futbolçusu Elnur Cəfərov Misli premyer-liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilib. Futbolçuya mükafat 12-ci turda keçirilən “Şəfa” - “Qəbələ” matçından əvvəl təqdim olunub. Mükafatı Peşəkar…
“İranda 45 milyon türk yaşayır və bu əhali ciddi təzyiq altındadır. Buna görə də Cənubi Azərbaycan məsələsi çox vacibdir. İran bir tərəfdən türklərə təzyiq edərkən, digər tərəfdən gizli şəkildə PKK/KCK-nın İran qolu olan…
Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə fəaliyyətə başladığı gündən etibarən heç bir kadr dəyişikliyi həyata keçirməyib. Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məlumat…
ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. IRIB-yə istinadən, bunu İran xarici işlər nazirinin hüquq…
Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna…
Bakı, 21 noyabr, AZƏRTACDanimarka Avropa İttifaqı (Aİ) ölkələrini “Rusiya ilə qarşıdurmada Avropanın gücünü nümayiş etdirən konkret addımlar atmağa” çağırıb. Kopenhagen Rusiya vətəndaşlarına turist vizalarının…
Bakı, 21 noyabr, AZƏRTAC Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.Azərbaycan…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Yenicag.az…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə...
Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. O, rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı…
Bakıda evdə meyit tapılıb. Hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Zaqatala rayon sakini 49 yaşlı Novruz Burca oğlu Sulxayevin meyiti kirayə yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq…
Hörmüz boğazının şərq hissəsində tanker dəniz minasına düşüb. İRİB-ə istinadən, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir. "Bu gün günortadan sonra bir neft tankeri edilən…
“Paşinyan növbədənkənar seçkilərdə də hazırkı nəticələrindən də yaxşı göstərici əldə edəcəyinə, hətta parlamentdə konstitusyon üstünlüyə nail olacağına inanır...” Azad Vətən Partiyasının sədri Akif Nağı Moderator.az-a…
Bişkek məhkəməsi 2024-cü ildə baş vermiş helikopter qəzası işi çərçivəsində Qırğızıstan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq rəhbəri Qılıçbek Aydarəliyev və hərbi hissənin keçmiş komandiri Daniyar Davitaxunov barəsində…
Ağdam. Trend: Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150…
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel ilə görüşüb. Görüş Şanxay Əməkdaşlıq…
Почти половина жителей Германии выступает за сокращение или полное прекращение помощи Украине. Об этом свидетельствуют обнародованные в субботу, 21 ноября, результаты нового опроса социологического института...
Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən…
Азербайджанский дзюдоист Давуд Намазлы завоевал бронзовую медаль молодежного чемпионата мира, который проходит в Ташкенте (Узбекистан). Как передает Day.Az со ссылкой на İdman.biz, в поединке за третье место в весовой…
Azərbaycan millisinin üzvü Davud Namazlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatının bürünc medalını qazanıb. İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan…
Австралийские физики впервые передали осмысленное сообщение сквозь кирпичную стену, использовав в качестве носителя гравитационное поле. Команда из Университета Квинсленда описала эксперимент в журнале Science Advances…
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli noyabrın 21-də Yeni Dehlidə Hindistanın mədəniyyət və turizm naziri Qacendra Sinq Şekhavat ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Görüş Şanxay Əməkdaşlıq…
Alyans
Futbolçu
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.
Dövlət büdcəsinin nəticələrə əsaslanan idarə olunması və fəaliyyət auditinin reallaşdırılması dövlət sektorundakı islahat prosesləri ilə uyğunlaşdırılmalı, bu alətlər dövlət vəsaitlərinin effektiv xərclənməsinə və…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım edib. Bizim.Media həmin paylaşımı təqdim edir: View this post on…
Milyarder Tatyana Kim “Wildberries” şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Aleksey Kulikov Kimi “Wildberries” MMC-nin baş direktoru vəzifəsində əvəz…