Zaxarova: Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə olunan razılaşmalar aktuallığını qoruyur

Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan normallaşması üzrə əldə olunan razılaşmalar aktuallığını qoruyur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin Dublində keçirilən son görüşünü şərh edərkən bildirib.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında davamlı sülhün təmin olunması bütün Cənubi Qafqazın inkişafı və rifahı üçün mühüm amillərdən biridir.

Mariya Zaxarova tərəflərin hazırda birbaşa dialoqa üstünlük verdiyini qeyd etsə də, Rusiya tərəfinin zərurət yarandığı və səylərinə ehtiyac duyulduğu təqdirdə prosesə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.