Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

Azərbaycanın Baş naziri İrakli Kobaxidzeyə məktub ünvanlayıb

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tiflis şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb. Bu barədə Nazirlər Kabinetindən bildirilib.

Ə.Əsədov hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.