Paşinyan Ermənistanın yeni konstitusiyasının dərc olunacağı dəqiq tarixi açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyanın mətninin Ədliyyə Nazirliyi tərəfindən noyabrın 23-də dərc olunacağını açıqlayıb.

"Bazar ertəsi günü Ermənistanın Ədliyyə Nazirliyi yeni konstitusiyanın mətnini dərc edəcək", - deyə Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

Paşinyan həmin gün xalqa müraciət də edəcək.\\oxu.az