Yerli istehsalın təşviqində yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyənləşdirilir Bakı, 20 noyabr, AZƏRTACAzərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı ÜDM-in strukturunda getdikcə daha aydın şəkildə əks olunur. Son illərdə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun güclənməsi, bu sahədə yaradılan əlavə dəyərin və istehsal həcminin artması iqtisadi artımın əsas hərəkətverici istiqamətlərindən birinə çevrilir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 115,9 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bunun da 80,7 milyard manatı qeyri-neft-qaz ÜDM-nin payına düşüb. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub, sektorun ÜDM-də payı 70 faizi ötüb. AZƏRTAC xəbər verir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyri-neft-qaz məhsullarının istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, onların xarici bazarlara çıxışının artırılmasını da hədəfləyir. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz artaraq 3,6 milyard dollar təşkil edib. Bu il qeyri-neft-qaz mal ixracının həcmi 4,2 milyard dolları üstələyəcək. Bu baxımdan qeyri-neft-qaz ixracının dinamikası sektorun rəqabət qabiliyyətinin, istehsal potensialının və beynəlxalq bazarlarda mövqeyinin qiymətləndirilməsi üçün mühüm göstəricilərdən biridir. Azərbaycanın qeyri-neft-qaz ixracının genişləndirilməsi hədəflənir. Bu istiqamətdə qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunur. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70 faizi, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50 faizini təşkil edir. Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5 faizi, digər nəqliyyat növləri üzrə 15 faizini təşkil edir. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödəniləcək. Bundan əlavə, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının quru yolla ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70 faizi dövlət tərəfindən ödənilir. Bu dəstək Naxçıvanda fəaliyyət göstərən istehsalçıların məhsullarını ölkənin digər bölgələrinə daha sərfəli şərtlərlə çatdırmasına və satış imkanlarını genişləndirməsinə kömək edəcək. Mexanizm 2036-cı il sentyabrın 30-dək qüvvədə olacaqSahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək. Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə 2026-cı il sentyabrın 1-dən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana biləcəklər. Kompensasiyanın məbləği ixrac olunan malın gömrük dəyərinə uyğun tətbiq edilən gömrük rəsmiləşdirmə yığımına əsasən müəyyən ediləcək. Qeyd edək ki, ixrac zamanı gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiyası mexanizmi 30 sentyabr 2031-ci il tarixinədək-ümumilikdə 5 il müddətində tətbiq ediləcək.Dəstək mexanizmlərindən yararlanmaq üçün ixrac olunan qeyri-neft-qaz məhsullarının Azərbaycan mənşəli olması təsdiqlənməlidir. Belə ki, Nazirlər Kabinetinin “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası” məhz bu məsələnin əsaslarını müəyyən edir. Mənşə meyarının müəyyənləşdirilməsiQaydaya əsasən, ixrac zamanı məhsulun Azərbaycan mənşəli olması, əsasən, iki mexanizm vasitəsilə təsdiqlənir. Avropa İttifaqına üzv ölkələrə, Norveç və İsveçrəyə ixrac edilən mallar üzrə ixracatçının Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemində (REX) qeydiyyatı və müvafiq təsdiqedici kodu nəzərə alınır və mənşə sertifikatı tələb edilmir. Digər hallarda isə malın Azərbaycan mənşəli olmasını təsdiq edən mənşə sertifikatı tələb olunur. İxracda mənşə sertifikatı, Naxçıvandan ölkənin digərin ərazilərində daxili daşımalarda isə mənşə rəyi tələb edilir. Mənşə sertifikatı və mənşə rəyi sahibkarın müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən verilir.Naxçıvan üzrə daxili daşıma dəstəyinin ödənilməsi zamanı qeyri-neft-qaz məhsulları müəyyən şərtlərə cavab verdikdə Azərbaycan mənşəli hesab olunur. Bunun üçün məhsul ya tamamilə Naxçıvan Muxtar Respublikasının ərazisində istehsal edilməli, ya da həmin ərazidə kifayət qədər emal olunmalıdır.Məhsulun kifayət qədər emal olunmuş hesab edilməsi üçün iki əsas meyar nəzərə alınır. Yəni, emal nəticəsində alınan yeni məhsul əvvəlki məhsuldan fərqli mal mövqeyi kimi təsnif edilməlidir. İkinci halda isə məhsulu hazırlamaq üçün xaricdən gətirilən xammal və materialların ümumi dəyəri, hazır məhsulun zavoddan çıxış qiymətinin yarısından (50 faizdən) çox olmamalıdır. Bu meyarlar Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının Azərbaycan mənşəli məhsul kimi tanınması və daxili daşıma dəstəyindən yararlanması baxımından əhəmiyyətlidir. Bu isə istehsalçıların xaricdən xammal və materiallar gətirərək Naxçıvanda məhsul istehsal etməsinə, müəyyən emal tələblərinə cavab verdikdə isə dövlət dəstəyindən faydalanmasına imkan yaradır. Mənşə rəyinin alınması qaydasıMənşə rəyinin alınması üçün ərizəçi mərkəzə ərizə ilə müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Ərizəçiyə çatışmazlıqları aradan qaldırmaq üçün 15 iş günü vaxt verilir. Çatışmazlıq olmadıqda, Mərkəz ərizənin qeydə alındığı tarixdən 5 iş günü ərzində sənədlərin, ərizəçinin məlumatlarının və istehsal obyektinə baxışın nəticələrini nəzərə alaraq ekspertiza aparır. Nəticə müsbət olarsa, malın azərbaycanmənşəli olması barədə mənşə rəyi verilir. Nəticə etibarilə, mənşə rəyi və sertifikatı yerli istehsalın baxımından mühüm əhəmiyyət daşıyır. Mənşənin müəyyənləşdirilməsi üzrə tətbiq edilən meyarlar istehsal prosesinin ölkə daxilində həyata keçirilməsini, yerli xammaldan istifadəni və məhsula əlavə dəyər qazandırılmasını stimullaşdırır. Beləliklə, mənşə rəyinin və sertifikatın tətbiqi yerli istehsalın inkişafı, sahibkarların rəqabət qabiliyyətinin artırılması və qeyri-neft-qaz sektorunun ixrac potensialının gücləndirilməsi baxımından əhəmiyyətli mexanizmdir.
Bu gün
2196 xəbər bu gün
Azərbaycanda 2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşlar üçün bir rəsmi bayram qeyri-iş günü olacaq. Tribuna.az xəbər…
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli…
Misli Premyer Liqasında 12-ci tur davam edir. Ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1- artıq…
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı video paylaşılıb. Tribuna.az xəbər verir ki,…
Yeni il bayramlarının ən sevilən komediyalarından biri olan “Evdə tək” (Home Alone) yenidən ekranlara qayıtmağa hazırlaşır. Filmin baş qəhrəmanı Kevin…
"Bulgari" brendini yüksək moda dünyasına çıxaran italiyalı zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.
Azərbaycanda 10 məktəbə yeni direktorlar təyin ediliblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Yeni Dehlidə keçirilən ŞƏT-in Sivilizasiyalararası Dialoq Forumu çərçivəsində noyabrın 21-də Nepalın mədəniyyət, turizm və mülki aviasiya naziri Xadak Rac Paudel…
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. 150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən...
“Putin müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirdi”.
Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Gəncədə xəstəxanaya çatdırılan 51 yaşlı kişi ölüb. Hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1975-ci il təvəllüdlü Elimdar İsayev Gəncə Abbas Səhət adına Birlışmiş Xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Heydər…
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında Vyetnam səfərindən paylaşım edib. Moderator.az həmin paylaşımı təqdim edir:
Лекарство уже применяется в российских клиниках и спасло сотни пациентов с тяжелыми послеоперационными осложнениями.
Президент Украины Владимир Зеленский допустил возможность встречи с американским коллегой Дональдом Трампом и российским лидером Владимиром Путиным на саммите «Большой двадцатки» (G20) в США. По...
Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb. "Baza" Telegram kanalının məlumatına görə, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa" süd…
21 ноября министр культуры Азербайджана Адиль Керимли встретился в Нью-Дели с министром культуры и туризма Индии Гаджендрой Сингхом Шекхаватом. Как передает Day.Az со ссылкой на министерство культуры Азербайджана…
Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin əmri ilə universitet əməkdaşının işdən azad edilməsi barədə yayılan məlumatı təkzib edib. Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. AZƏRTAC…
21 ноября в Ханойском колледже торговли и туризма состоялось открытие уголка Баку и азербайджанской кулинарной зоны. Проект реализован в рамках последовательного и целенаправленного сотрудничества колледжа с…
Не менее четырех человек погибли, еще 35 были ранены при пожаре на электростанции "Аль-Харта" на юге Ирака. Об этом сообщает агентство Reuters, ссылаясь на представителей служб безопасности, передает Day.Az со ссылкой на…
Ukrayna lideri
İqor Konaşenkov
Bakıda evdə meyit tapılıb. Hadisə Qaradağ rayonu, Salyan yolu adlanan ərazidə qeydə alınıb. 75 yaşlı Nokolay İvanoviç Koroboçkinin…
Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Bakı şəhər…
Çinin Anhoy əyalətində yaşayış kompleksinin yeraltı dayanacağında sürücüsüz elektromobil bir gecə ərzində avtomatik parklanma funksiyasını 868 dəfə işə salıb…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və…
İtaliyanın “İnter” klubunun və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder baş məşqçi Joze Mourinyonun 2010-cu ildə Çempionlar Liqasının finalında…
Bakı Dövlət Universiteti yeni rektor Məleykə Abbaszadənin öz köməkçisini işdən çıxarması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. BDU-dan Lent.az-a…
Hər gün milyonlarla insan elektron poçtuna, sosial şəbəkələrə və bank tətbiqlərinə daxil olmaq üçün login və şifrədən istifadə edir. Bu söz artıq gündəlik…
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər.
Şəkidə azyaşlı qız sahibsiz itin hücumuna məruz qalıb.
Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin əmri ilə universitet əməkdaşının işdən azad edilməsi barədə yayılan məlumatı təkzib edib. Bu barədə BDU-nun İctimaiyyətlə…
Azərbaycan Mərkəzi Bankı (AMB) müxtəlif santexnika mallarının satın alınması ilə bağlı tender elan edib. Tenderdə iştirak haqqı 38,63 manatdır. Tenderdə iştirak etmək istəyənlər…
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq…
Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
Noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb. Layihə Kollecin azərbaycanlı tərəfdaşları ilə davamlı və məqsədyönlü əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-nin Nyu-York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan "Times" meydanındakı böyük reklam…
İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Siti" komandasında çıxış edən Erlinq Holandı transfer etmək istəyir.