Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi hər il Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ağdamın tarixi Zəfərimizin təcəssümü, xalqımızın milli iradəsinin və dövlətimizin qətiyyətinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.XVIII əsrin birinci yarısında Pənahəli xan Ağdam şəhərində özünə ağ daşdan imarət tikdirməyi əmr etmişdir. Həmin dövrdən etibarən “Ağdam” - yəni “işıqlı ev”, “günəşlə nurlanmış məkan” adı bu torpağa yaraşmış və xalq arasında xüsusi simvolik məna kəsb etmişdir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam, 1094 kvadratkilometr ərazisi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən biri hesab olunur. Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.Millət vəkili xatırladıb ki, 1993-cü ilin iyulunda Ağdam uğrunda 42 gün davam edən döyüşlər nəticəsində rayon ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Nəticədə 128 min sakin öz doğma yurd-yuvasından didərgin düşdü, 6 mindən çox insan şəhidlik zirvəsinə ucaldı. Ermənistanın törətdiyi dağıntılar nəticəsində 74 məktəb, 271 mədəniyyət evi, 67 idarə və nadir mədəniyyət nümunəsi olan Çörək muzeyi məhv edildi. Ağdamın işğalı beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diqqət mərkəzində olsa da, Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü ildə yekdilliklə qəbul etdiyi 853 saylı qətnamənin tələblərinə məhəl qoymadı və işğal siyasətini davam etdirdi.İşğal dövründə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Ağdam rayonunun tarixi və dini abidələrini dağıtdı, məscidləri təhqir etdi, əsrlər boyu formalaşmış coğrafi adları dəyişdirməyə, xalqımızın tarixi yaddaşını silməyə çalışdı. Lakin Azərbaycan xalqı bu ədalətsizliyi unutmadı, öz tarixi torpaqlarına qayıdacağına və ərazi bütövlüyünün bərpa olunacağına inamını itirmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik və uzaqgörən siyasətə, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinə güvənən xalqımız illər boyu səbirlə və əzmlə tarixi ədalətin bərpasını gözlədi. 2020-ci ilin payızında Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin, igid əsgər və zabitlərimizin misilsiz şücaəti, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası nəticəsində Ağdam rayonu həmin il noyabrın 20-də Ermənistanın işğalından azad edildi. Zaur Şükürovun sözlərinə görə, Bir zamanlar dağıntılarının miqyasına görə XX əsrin ən dəhşətli faciələri ilə müqayisə edilən Ağdam bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin bərpası, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və iqtisadi potensialının bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 2022-ci ildə təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək Baş planı” bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas strateji sənədidir. Baş planın əsas məqsədi Ağdamı işğaldan azad edilmiş ərazilərin mühüm iqtisadi, sənaye, mədəniyyət və xidmət mərkəzlərindən birinə çevirmək, burada müasir infrastruktura, əlverişli yaşayış mühitinə və yüksək həyat keyfiyyətinə malik şəhər formalaşdırmaqdır. Layihəyə əsasən, perspektivdə Ağdam şəhərinin 100 min nəfər əhalisi olan müasir yaşayış məkanına çevrilməsi nəzərdə tutulur.Tikinti-quruculuq işləri “Böyük Qayıdış” proqramı çərçivəsində geniş vüsət alıb. Şəhərdə yeni avtomobil yolları, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, istehsal obyektləri, ictimai məkanlar və yaşıllıq zolaqları yaradılır. Bununla yanaşı, bərpa prosesinin ən mürəkkəb mərhələlərindən biri olan mina və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Bu işlər həm insanların təhlükəsizliyinin təmin edilməsi, həm də yenidənqurma layihələrinin maneəsiz həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ərazilərin minalardan təmizlənməsi böyük maliyyə vəsaiti, xüsusi texniki imkanlar və peşəkarlıq tələb etsə də, Azərbaycan dövləti bütün çətinlikləri mərhələli şəkildə aradan qaldıraraq Ağdamın gələcəyini qurmaq əzmindədir.Deputat vurğulayıb ki, Ağdamın dirçəlişinin ən mühüm göstəricilərindən biri isə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Uzun illər həsrətlə gözlənilən bu proses artıq real nəticələrini verməkdədir. 2026-cı ilin noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində isə 193 ailə olmaqla 814 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 2146 ailə, 8300 nəfər sakin Ağdamın şəhər və kəndlərində yenidən doğma yurduna qovuşaraq məskunlaşıb. Bu rəqəmlər sadəcə statistik göstəricilər deyil, illərlə davam edən ayrılığın sona çatmasının, ailələrin öz evlərinə, ata-baba ocaqlarına qayıtmasının və həyatın yenidən canlanmasının real ifadəsidir. Hər yeni ailənin Ağdama köçməsi şəhərin sosial həyatının bərpasına, iqtisadi fəallığın artmasına və tarixi yaşayış mühitinin yenidən formalaşmasına mühüm töhfə verir.Ağdamın gələcək inkişafında turizm sektorunun formalaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Rayonun zəngin tarixi-mədəni irsi, coğrafi mövqeyi, Qarabağın turizm marşrutları sistemində tutduğu yer və yenidən qurulan müasir infrastrukturu bu sahənin inkişafı üçün geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması məqsədilə bölgədə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi, xidmət sektorunun inkişafı və turistlərin rahatlığını təmin edən infrastrukturun yaradılması istiqamətində işlər görülür.Zaur Şükürov sonda qeyd edib ki, bu gün Ağdamda həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın öz gücünə, iqtisadi imkanlarına və gələcəyə hesablanmış inkişaf strategiyasına əsaslanan milli dirçəliş modelinin bariz nümunəsidir. Bir vaxtlar xarabalığa çevrilmiş, işğal nəticəsində öz tarixi görkəmini itirmiş şəhər indi müasir şəhərsalma, sənaye, turizm və sosial infrastrukturun vəhdətində yenidən qurulur. Ağdamın simasında biz yalnız dağıdılmış şəhərin bərpasını deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin, tarixi yaddaşına sədaqətinin və qurub-yaratmaq əzminin təcəssümünü görürük. Bu torpaqlarda yenidən azan səsinin ucalması, məktəblərdə uşaqların gülüşünün eşidilməsi, yeni yaşayış məhəllələrinin salınması və ailələrin doğma ocaqlarına qayıtması Böyük Qayıdışın ən böyük mənəvi nəticəsidir.
Bu gün
1016 xəbər bu gün
ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinə və Volodimir Zelenskiyə müraciət edərək Rusiya ilə sülh razılaşması əldə etməyi və münaqişəni bitirməyi təklif edib. Detallar xəbərimizdə.
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 18-19-da Yunanıstanın paytaxtı Afinada keçirilən tədbirlərdə Azərbaycanın turizm potensialını təqdim edib.Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib…
Bakı, 20 noyabr, AZƏRTAC Cənubi Qafqazda nəqliyyat əlaqələrinin yenidən bərpa edilməsi regionun geosiyasi və iqtisadi mövqeyinə təsir göstərən mühüm inkişaflardan biridir. Son illərdə qlobal ticarət marşrutlarının…
Bakı, 20 noyabr, AZƏRTAC “Anthropic” şirkətinin səhmləri rekord səviyyəli ilkin kütləvi təklifdən (IPO) sonra ilk ticarət günündə 17 faiz bahalaşsa da, birja bağlandıqdan sonrakı əməliyyatlarda 5 faiz ucuzlaşıb. Şirkətin…
Bakı, 20 noyabr, AZƏRTACBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Somali hökumətinin ölkəyə qarşı nümayiş etdirdiyi, gərginliyi artıran və əsassız düşmənçilik xarakteri daşıyan mövqeyini kəskin pisləyib. Əbu-Dabi bu cür…
Bakı, 20 noyabr, AZƏRTAC Birjalarda “Brent” markalı xam neftin bir barelinin qiyməti 93 dollara yaxınlaşsa da, həftəlik itki 3,5 faizə çatıb. Bazar iştirakçılarının diqqəti Hörmüz boğazından neft daşımalarına və OPEC+…
Bakı, 20 noyabr, AZƏRTAC Bu il ölkə üzrə təxminən 173 min ton pomidor və 187 min ton xurma 73 ölkəyə ixrac olunub ki, bu da Azərbaycanın ixrac potensialının artmasını göstərir.AZƏRTAC xəbər verir ki, bu sözləri kənd…
Hanoy, 20 noyabr, AZƏRTACAzərbaycan və Vyetnam mədəniyyət, ədəbiyyat və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu baxımdan akademik əlaqələrin genişləndirilməsi, hər iki ölkənin ədəbi…
Nabranda fəaliyyət göstərən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov dünyasını dəyişib. Bizim.media-ya istinadən, o, ürək çatışmazlığından vəfat edib. Mərhumun nəşi bu gün Bakıdan Qubaya aparılacaq…
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi prosesi 2027-ci ildən etibarən daha da sürətləndirilə bilər. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov “Unikal”a açıqlamasında…
ABŞ Ukraynanın Donbas ərazilərini Rusiyaya güzəştə getməsi müqabilində NATO-ya üzvlüyü məsələsini müzakirəyə çıxarıb. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məsələ ilə tanış...
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək. U-20 yığması yenə İraqın müvafiq yaş...
Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus və idarə etdikləri rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək. Redaktor.az xəbər...
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimi dünyasını dəyişib. Terapevt Elman Əhmədov vəfat edib. Mərhum uzun illərdir Mingəçevirdə həkim kimi fəaliyyət göstərirdi./Unikal/
ABŞ-nin “Qiyamət günü təyyarəsi” kimi tanınan hərbi “E-4B Nightwatch” təyyarəsi Amerika lideri Donald Trampın Çinə səfəri zamanı onu müşayiət edib. Bu barədə “The War Zone” nəşri məlumat yayıb. Məlumata görə, Trampın…
Sosial şəbəkə hesablarının və veb-sayt göstəricilərinin süni artırıldığı aşkar edilərsə, onlayn media subyektinə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq. Bunu APA-ya müsahibəsində Azərbaycan…
Noyabrın 20-si saat 10-a olan faktiki hava açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə…
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. Nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları…
Под завалами могут оставаться люди, спасательная операция продолжается.
Утром 20 ноября в Люблинском и Подкарпатском воеводствах Польши объявили воздушную тревогу из-за возможного нарушения воздушного пространства. Военные проверяют данные радаров, жителей призвали укрыться в...
Новый ректор Бакинского государственного университета (БГУ) Малейка Аббасзаде поблагодарила президента Азербайджана Ильхама Алиева за оказанное доверие. Об этом она написала на своей странице в социальной...
В Грузии 22 ноября объявлено днем траура в связи с гибелью шести человек при взрыве в жилом доме в Тбилиси. Трагедия произошла накануне. Как передает Day.Az, соответствующее решение приняло правительство страны. В день…
Diplomatik münasibətlər tarixində elə əlaqələr var ki, onların möhkəmliyi zamanın sınağından keçir və müxtəlif dövrlərdə özünü təsdiqləyir.
Ermənistan Prezidentinin rəsmi internet səhifəsində və Konstitusiya Məhkəməsinin saytında ölkənin Müstəqillik Bəyannaməsinə yerləşdirilən keçidlər açılmır. Day.Az Trend-ə istinadən xatırladır ki, hər iki dövlət qurumunun…
"44" filmi tamaşaçılara Azərbaycanın Vətən müharibəsinin bütün gedişatını yenidən yaşamaq imkanı verən hadisəyə çevrilib. Bu barədə Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov "Baku Network" ekspert platformasında…
Yeni fəaliyyətimə böyük vədlərlə başlamaq istəməzdim. İllər boyu gənclərin universitetə gedən yolunda çalışmışam. İlk addımlarımız mövcud vəziyyətin dərindən öyrənilməsi, kollektivlə açıq və peşəkar dialoqun qurulması…
Azərbaycan Prezidenti İlham Əliyev iki ölkənin (Azərbaycan və Vyetnam - red) sənaye nümayəndələri arasında əlaqələrin qurulmasına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə dəstək verməklə Vyetnamla münasibətlərin…
Ölkə ərazisinin əksər yerlərində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Bakı və Abşeron yarımadasında da səhər saatlarında qısamüddətli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətinin noyabrın…
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 137,20 dollar azalaraq 3546,28 dollar təşkil edib. Gümüşün qiyməti isə 2,47 dollar azalaraq 41,97 dollara bərabər olub.
За двадцать с лишним лет Ильхам Алиев превратил Азербайджан в страну, через которую сходятся маршруты России, Китая, Евросоюза, США и Центральной Азии. Самое свежее подтверждение прозвучало на саммите АТЭС в Шэньчжэне.
Ссылки на Декларацию о независимости Армении, размещенные на официальных сайтах президента страны и Конституционного суда, не открываются. Об этом передает Day.Az со ссылкой на Trend. Напомним, что в тексте Конституции…
Фильм "44" стал событием, которое позволяет зрителям заново пережить весь путь Отечественной войны Азербайджана. Как передает Day.Az, об этом заявил народный артист Азербайджана Фахраддин Манафов в эфире аналитического…
"S&P Global Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) uzunmüddətli kredit reytinqi üzrə proqnozunu "stabil"dən "pozitiv"ə yüksəldib, fondun uzunmüddətli və qısamüddətli kredit…
Президент Азербайджана Ильхам Алиев продолжает вносить вклад в развитие отношений с Вьетнамом, в том числе содействуя контактам между представителями промышленности двух стран и расширению экономического сотрудничества.
Müşfiq Əliyev
Prezident səfəri
Brend
BDU rektoru
Natiq Məmmədli