İlhamə Abdullayevaya vəzifə verildi - Foto

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə yeni şöbə müdiri təyin olunub.

Bu barədə agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abdullayeva İlhamə Sarif qızı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Uşaq inkişafı və rifahı şöbəsinə müdir təyin edilib.

Qeyd edək ki, İ.Abdullayeva müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim, direktor müavini vəzifələrində çalışıb. Həmçinin o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri, müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərib.

2014-cü ildə təhsilin inkişafında xidmətlərinə görə, “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.