Bu gün bürcləri nə gözləyir? – QOROSKOP

Bu gün bəzi bürclər üçün ailə və sevgi münasibətlərində xoş fürsətlər yaranacaq, digərlərini isə gərginlik və fikir ayrılıqları gözləyir.

Ulduz falına əsasən, noyabrın 20-də Qoçlar başqalarına göstərəcəkləri köməyin qarşılığını alacaqlar. Buğalar üçün isə ailəyə vaxt ayırmaq və yeni sevgi münasibətlərinə başlamaq baxımından əlverişli imkanlar yarana bilər.

Qoç – Bu gün köməyinizə ehtiyacı olan insanlara dəstək olun. Yaxın zamanda həmin şəxslər sizə böyük kömək göstərə bilərlər.

Buğa – İş problemlərini bir kənara qoyaraq vaxtınızı ailənizə ayırın. Subay Buğalar üçün yeni sevgi münasibətinə başlamaq fürsəti yarana bilər.

Əkizlər – Yeni tanışlıqlar və əlaqələr qurmaq üçün əlverişli gündür. Ətrafınızdakı insanlarla ünsiyyətdə olmaq sizə müsbət enerji verəcək.

Xərçəng – Sevdiyiniz insanla münasibətlərdə gərginlik yarana bilər. Problemlərin böyüməməsi üçün qarşılıqlı güzəştə getməyə çalışın.

Şir – Bu gün hissləriniz və emosiyalarınız ön plana çıxacaq. Yeni duyğulardan çəkinməyin, münasibətlərdə səmimi davranın.

Qız – Ailə məsələlərinin həllinə diqqət yetirməli olacaqsınız. Daşınmaz əmlak və mirasla bağlı məsələlər gündəmə gələ bilər. Nikbinliyinizi qoruyun.

Tərəzi – Yaxınlarınıza qarşı aqressiv davranmaqdan çəkinin. Sərt sözlər münasibətlərdəki gərginliyi artıra bilər. Bir qədər tək qalmaq və düşünmək faydalı olacaq.

Əqrəb – Sizi gərgin gün gözləyir. Şəxsi münasibətləriniz sınaqdan keçə bilər. Uzun müddətdir təxirə saldığınız problemləri həll etmək üçün hərəkətə keçin.

Oxatan – Yaxınlarınız və dostlarınızla münasibətlərdə diqqətli olun. Mənfi emosiyalarınızı onlara yönəltməyin. Sizi sevən insanlar bu gün də anlamağa çalışacaqlar.

Oğlaq – İşdə və şəxsi münasibətlərdə yaranmış problemləri həll etməyin vaxtıdır. Mübahisələrdən uzaq durun, dialoqa üstünlük verin və yaxınlarınızın dəstəyindən yararlanın.

Dolça – Çoxdan görmədiyiniz insanlar yenidən həyatınıza daxil ola bilər. Gün ərzində mübahisələr və narazılıqlar yaşana bilər. Qərar verərkən obyektiv olmağa çalışın.

Balıqlar – Sevdiyiniz insana qarşı düşünülməmiş addım ata bilərsiniz. Onun fikirlərini və planlarını dinləmək münasibətlərinizin möhkəmlənməsinə kömək edəcək.