Yük maşını 12 yaşlı velosipedçini vurub öldürdü

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

S.Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili ilə rayonun Qoyunbinəsi kəndinin ərazisində velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Elçin oğlu Məmmədlini vurub.

Yeniyetmə hadisə yerində vəfat edib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanaraq istintaq aparılır. /Qafqazinfo