Bakıda 20 yaşlı gəncin bıçaq xəsarəti alması barədə yeni təfərrüat məlum olub

Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqrafın əldə etdiyi məlumata görə, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib.

2006-ci il təvəllüdlü Şirinov Elbariz Mübariz oğlu dostu ilə mübahisə edib. Dava zamanı E.Şirinov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.