Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, bu zaman keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdə çıxışları, eləcə də dünyanın aparıcı televiziya kanallarına və media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki dövlətimizin başçısı görüşlərdəki çıxışlarında və müsahibələrində dünyada baş verən hadisələrə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, ikili standartlar siyasətinə münasibətini açıq şəkildə ifadə edir. Eyni zamanda, Azərbaycan həqiqətləri, ölkəmizin sürətli inkişaf yolu, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verir. Müsahibələrində təmsil olunduğu ölkə ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, bu günədək davam edən əməkdaşlıqdan və onun perspektivlərindən də geniş bəhs edir. Dövlətimizin başçısının bu günlərdə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu məsələlərə xüsusi diqqət yetirilib.Bu fikirləri AZƏRTAC-a Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəyə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.Komitə sədri Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin uzunmüddətli tarixi köklərə söykəndiyini, son dövrlərdə isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib ki, iki ölkə arasındakı münasibətlərin tarixi təməli onilliklər əvvələ, o cümlədən sovet dövrünə gedib çıxır. Həmin vaxtdan etibarən əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb.O qeyd edib ki, dövlətimizin başçısı da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu tarixi məqamlara ətraflı toxunaraq 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinin iki xalq arasında dostluq münasibətlərinin əsasının qoyulmasında mühüm rol oynadığını diqqətə çatdırıb. 1983-cü ildə isə münasibətlərin inkişafında yeni mərhələ başlanıb. Həmin vaxt Sovet İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyəti Vyetnama səfər edib. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə səfərin müddəti səkkiz günədək uzadılıb və ölkənin əsas regionlarını əhatə edib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verib və çoxillik əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.Zamanın sınaqlarından çıxmış möhkəm dostluq ənənələrinə əsaslanan əlaqələrin və qarşılıqlı faydalı tərəfdaşlığın sonrakı illərdə də ardıcıl şəkildə inkişaf etdirildiyini bildirən Ç.Qənizadə vurğulayıb ki, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri əməkdaşlığın daha da möhkəmləndirilməsində mühüm rol oynayıb.Komitə sədri ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və praktiki məzmunla zənginləşdirilməsi istiqamətində qarşılıqlı marağı bir daha nümayiş etdirib. Səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldən mühüm sənəd olub.Bundan başqa, dövlət başçılarının siyasi təmasları ilə yanaşı, hökumətlərarası komissiyalar, müvafiq qurumlar və parlamentlərarası dostluq qrupları vasitəsilə də səmərəli dialoq aparılır. Eyni zamanda, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq əlaqələri inkişaf edir.Komitə sədri müsahibədə ölkələrimiz arasında ikitərəfli dialoqla yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulduğunu bildirib. Onun sözlərinə görə, bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqların nəzərə alınması prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini göstərir.Hüquq müdafiəçisi dövlətimizin başçısının müsahibəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə də geniş yer ayırdığını bildirib. Ç.Qənizadə bu barədə danışarkən deyib:“Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla belə, bu göstərici hələlik mövcud imkanları tam əks etdirmir. Hər iki tərəf qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensiala malikdir.Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir”.Ç.Qənizadə humanitar əməkdaşlığın xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynadığını bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar əlaqələrin dərinləşməsinə fəal töhfə verir. Fondun fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, infrastruktur layihələrindən müxtəlif təhsil proqramlarının dəstəklənməsinədək geniş sahələri əhatə edir.Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib. Həmçinin Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.“Prezident İlham Əliyevin dost Vyetnama qarşıdakı səfəri Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından növbəti mühüm addım olacaq”, – deyə hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.
Bu gün
156 xəbər bu gün
Более длительная поддержка смартфона обновлениями не должна быть решающей причиной покупки телефона премиум-класса. Об этом сообщает издание BGR, передает Day.Az со ссылкой на Lenta.ru. Хитрость производителей смартфонов…
ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallinə süni intellektin texniki nasazlıqlara aidiyyəti olması barədə fərziyyəsindən sonra televiziya efirlərinə çıxmaq qadağan edilib. Bu barədə "The Wall Street Journal"…
Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb.
İranın Qərbi Azərbaycan vilayətində 4.5 maqnitudalı zəlzələ baş verib. “Report”a istinadən, yeraltı təkanlar Naxçıvanda da hiss olunub. Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7.16…
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir. “The Guardian“ nəşrinin məlumatına görə, hadisə Niger çayının deltasındakı qollardan birində baş…
Noyabrın 21-də Fransada qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin ümumi sayı 82 min 500 nəfərə çatıb. Bu barədə “Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin…
Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar.
Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero İtaliya B Seriyasının 12-ci turunda “Sampdoriya”nın “Benevento” üzərində 3:1 hesablı qələbəsinə töhfə verib. Genuyada keçirilən…
Avstriya Xarici İşlər Nazirliyi rəsmi veb-saytına kiberhücum edildiyini açıqlayıb. Hücum nəticəsində kiberdələduzlar nazirlik əməkdaşlarının və xaricdəki diplomatik nümayəndəliklərin rəsmi əlaqə məlumatlarına çıxış əldə…
İspaniya La Liqasında “Real Madrid” və “Selta” komandaları üz-üzə gəlib. Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib…
İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə birgə fotosunu 1945-ci ildə keçirilmiş Yalta konfransının tarixi görüntüsü ilə müqayisə edib
Liviyada silahlı qrupun “Əl-Hamada” neft kəmərini bağlaması nəticəsində ölkəyə 30,7 milyon dollardan çox maliyyə ziyanı dəyib
İspaniya La Liqasında “Real Madrid” və “Selta” komandaları üz-üzə gəlib
Rusiya və Gürcüstan bir sıra sahələrdə əlaqələri mərhələli şəkildə inkişaf etdirməyə hazırdırlar
İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib
Bel nahiyəsində ağrıları olan pasiyentlərin qarın əzələlərinin orta hesabla belə diaqnozu olmayan insanlarla müqayisədə daha kiçik olmadığı müəyyən edilib. Bu nəticəyə kompüter tomoqrafiyasının 33,5 mindən çox…
Rumıniyada pensiyaların yenidən hesablanmasını nəzərdə tutan qanunun qəbulundan sonra 60 mindən çox təqaüdçü məhkəməyə müraciət edib. İslahat bir sıra əhali qrupları üçün sosial…
Xərçəngin müalicəsində şiş hüceyrələrini daha dəqiq hədəfə alan və sağlam toxumaları qoruyan yeni nəsil üsullar sürətlə inkişaf etdirilir.
Bakı, 22 noyabr, AZƏRTAC Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qonaqlar Pablo Duranın 6-cı…
Bakı, 22 noyabr, AZƏRTAC Noyabrın 21-də Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir…
Ученые нашли в мозге область, где сходятся болевые ощущения и тревога. Это островковая доля, или инсула, - часть коры, скрытая глубоко за другими долями. Открытие опубликовано в научном журнале Nature, передает Day.Az со…
Yüksək qan təzyiqi olan insanlar səhər yeməyində qaynadılmış yumurta ilə qayğanaq arasında seçim edərkən hazırlanma üsuluna və istifadə olunan ərzaqlara diqqət yetirməlidirlər. Hər iki yemək zülal, B12 vitamini, selen və…
İspaniyanın məşhur tennisçisi Rafael Nadal “Real Madrid” futbol klubunun İdarə Heyətinə üzv seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı sabiq tennisçi klubun növbədənkənar iclasında keçirilən…
"Real Madrid" İspaniya La Liqasının 13-cü turunun ev oyununda "Selta"nı 2:1 hesabı ilə məğlub edib. Görüşün 6-cı dəqiqəsində Pablo Duran qonaqları irəli çıxarıb. 38-ci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltini…
İspaniya La Liqasının 13-cü turunda "Real Madrid" klubu doğma meydanda "Selta"nı 2:1 hesabı ilə məğlub edib.
İspaniyanın məşhur tennisçisi Rafael Nadal
İnternet vasitəsilə foto, video və səs göndərməkdən sonra indi də qoxu ötürülməsi texnologiyası gündəmə gəlib. ABŞ-nin Ohayo Dövlət Universiteti və Çinin Zhejiang Laboratory tədqiqatçılarının hazırladığı “Scentronic”…
Noyabrın 21-də Fransada qiymət artımına qarşı keçirilən etiraz aksiyalarında ümumilikdə 82 min 500 nəfər iştirak edib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib…
Larisa Nikitina
Meri Manqan
İranın Qərbi Azərbaycan vilayətində 4.5 maqnitudalı zəlzələ baş verib.
Fransanın "Bavariya" klubunda çıxış edən yarımmüdafiəçisi Maykl Olise Almaniya çempionatının X turunda "Köln"lə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnib. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat…
1912-ci ildə batan “Titanik” gəmisindən sağ çıxan məşhur sərnişinlərdən biri, britaniyalı modelyer Lüsi Daff-Qordona məxsus brilyant üzük hərracda 110 min…
İsrail Livanın işğal altında olan ərazilərindən qoşunlarını çıxarmalıdır
1912-ci ildə batan “Titanik” gəmisindən sağ çıxan məşhur sərnişinlərdən biri, britaniyalı modelyer Lüsi Daff-Qordona məxsus brilyant üzük hərracda 110 min funt-sterlinqə (təxminən 145 min dollar) satılıb
Amerikanın qrafik prosessor istehsalçısı “Nvidia”nın bazar kapitallaşması keçmiş baş direktor Censen Huanq ətrafındakı qalmaqal fonunda bir neçə həftə ərzində 1,4 trilyon ABŞ dolları azalıb. Bu barədə informasiyanı…