Prezident Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət etdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində "İnqilab şəhidləri" abidəsini ziyarət edib. Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.