Göyçayda avtomobil hasara çırpılıb, bir nəfər ölüb

Göyçay rayonunda avtomobil hasara çırpılıb, bir nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 19-da saat 23:00 radələrində baş verib. “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 35 yaşlı Vasif İsmayılov ölüb, onun həmyaşıdı Nurlan Cəbrayılov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.