Hər gün toyuq əti yeməyin orqanizmə 6 əsas təsiri

Toyuq əti zəngin zülal mənbəyi olmaqla əzələlərin bərpasına, immun sisteminin fəaliyyətinə və enerji ehtiyacının qarşılanmasına kömək edir. Tərkibindəki amin turşuları, B6 vitamini, sink və selenyum orqanizm üçün faydalıdır.

Mütəxəssislərə görə, müntəzəm toyuq əti istehlakı əhval-ruhiyyəyə, qan şəkərinin tənzimlənməsinə, immunitetə və toxluq hissinə müsbət təsir göstərə bilər. Lakin həddindən artıq istehlak balanssız qidalanmaya səbəb ola bilər. Buna görə menyuda balıq, yumurta və paxlalı məhsullara da yer verilməlidir.

Fiziki aktiv böyüklər üçün gündəlik 170-225 qram toyuq əti tövsiyə olunur. Sağlam qidalanma baxımından onu qızartmaq əvəzinə sobada, qrildə və ya qaynadaraq hazırlamaq daha məqsədəuyğundur. Dərili toyuq əti və duzlu hazır souslardan isə mümkün qədər az istifadə edilməlidir.