Bakı, 20 noyabr, AZƏRTAC Norveç və Böyük Britaniya Qara dənizdəki dəniz dəhlizinin mühafizəsini gücləndirmək məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyard Norveç kronu (102,3 milyon dollar) olan iki yüksək sürətli patrul qayığı tədarük edəcək.AZƏRTAC xəbər verir ki, bu barədə Norveç Baş naziri Yonas Qar Störenin ofisi məlumat yayıb.Bildirib ki, bu əməkdaşlıq Ukraynanın özünü, iqtisadiyyatını və Qara dəniz vasitəsilə taxıl da daxil olmaqla, mühüm ixracını qorumaq imkanlarını gücləndirəcək.Tədarükün Berlində “Könüllülər Koalisiyası”nın görüşü çərçivəsində iki ölkənin baş nazirləri tərəfindən elan edildiyi bildirilir.Qeyd edək ki, Norveç 2027-ci ilədək “Nansen” proqramı çərçivəsində Ukraynaya mülki və hərbi yardım üçün 85 milyard Norveç kronu (8,7 milyard dollar) ayırmağı planlaşdırır.
Norveç və Böyük Britaniya Ukraynaya patrul qayıqları tədarük edəcək
Mənbə: azertag.az/xeber/norvech_ve_boyuk_britaniya_ukraynaya_patrul_qayiqlari_tedaruk_edecek-4517370