İtaliyanın Genuya şəhərindəki Xristofor Kolumb adına hava limanı kimliyi müəyyən edilməyən iki pilotsuz uçuş aparatına (PUA) görə təyyarələrin eniş və uçuşu üçün bağlanıb.
Bu barədə “Il Messaggero” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hava limanı saat 19:00-dan 23:00-dək (Bakı vaxtı ilə 22:00-dan 02:00-dək) fəaliyyət göstərməyib. İki pilotsuz uçuş aparatı hava hərəkətinə nəzarət qülləsi yaxınlığında müşahidə edilib. Bu səbəbdən Roma istiqamətində uçuş həyata keçirməli olan ITA Airways aviaşirkətinə məxsus təyyarənin havaya qalxması dayandırılıb.
Polis və Milli Mülki Aviasiya İdarəsi sonradan radarlardan itən uçuş aparatlarının mənşəyini araşdırır.