Yeni ZƏRBƏLƏR endiriləcək: TƏK YOL... - ŞOK DETALLAR BİLİNDİ…

“Amerika Birləşmiş Ştatları təbii ki, müharibəni artıq uduzub İrana, İran İslam Respublikasına məğlub olub, bu birmənalıdır. Birləşmiş Ştatlar hədəflərinin heç birinə çatmadı və çatmaq imkanına da malik deyil”.

Bu sözləri “TV Müsavat”ın canlı efirində siyasi şərhçi Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, ABŞ-də keçirilən aralıq seçkilərdə Respublikaçıların məğlubiyyətinin əsas səbəbi məhz İranla aparılan müharibə və iqtisadi çətinliklərdir: “Birləşmiş Ştatlarda keçirilən aralıq seçkilərdə Respublikaçılar uduzmadılar, biabırçı şəkildə məğlub oldular. Demokratlara yox, Demokratlar o potensiala malik deyildilər – onlar İrana məğlub oldular. Çünki İranla aparılan müharibə nəticəsində Respublikaçıların yalan danışdıqları, verdikləri vədləri yerinə yetirə bilmədikləri, Tramp administrasiyasının siyasəti nəticəsində Birləşmiş Ştatlarda inflyasiyanın çox sürətlənməyi, yanacaq qiymətlərinin artığı və sairə hamısı bir yerə toparlananda məcmu şəkildə Respublikaçıların məğlubiyyətinə səbəb oldu”.

Alıoğlu qeyd edib ki, ABŞ-ın noyabrın 9-da İrana zərbələr endirmək niyyəti region ölkələrinin müdaxiləsi ilə dayandırılıb, halbuki İranın raket potensialının böyük hissəsi hələ də sıradan çıxarılmayıb: “Noyabrın 9-da mütləq şəkildə İrana zərbələr endirilməli idi və bu zərbələr mütləq endiriləcək, buna şübhəm yoxdur. Amma noyabrın 9-da zərbələr endirməkdən onu Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə fikrindən yayındırdı, çünki bu zərbələr Tramp üçün yox, Amerika Birləşmiş Ştatlarının yaxın Şərqdəki mövqeləri üçün öldürücü fəlakət rolunu oynaya bilərdi. İranın raket potensialını məhv etmişik, İran ordusunu, rəhbərliyini məhv etmişik deyən amerikalılar indi acı həqiqətlə üzləşiblər. İran raket potensialının təxminən 56-60 faizi işləkdir, İranın bu dəqiqə 2000-ə yaxın ballistik raketi var, onların da çoxusu hipersonik raketlərdir. Əgər müharibə yenidən alovlanarsa, İsrailə, Səudiyyə Ərəbistanına, Qətərə, Omana, Bəhreynə, Küveytə, İordaniyaya hədsiz dərəcədə ağır zərbələr endiriləcək”.

Şərhçi vurğulayıb ki, İran probleminin hərbi həlli yoxdur, regiondakı proksi qüvvələr və Hörmüz boğazındakı vəziyyət ABŞ administrasiyasının acizliyini göstərir: “90 milyonluq əhaliyə aviasiya zərbələrlə, bombalarla qalib gəlmək mümkün deyil və İranla müharibə nə qədər ağırlaşarsa, Birləşmiş Ştatlar üçün vəziyyət bir o qədər çətindir. İran problematikasının yeganə həll yolu danışıqlar masasıdır, hərbi çözümü yoxdur, bu birmənalı məsələdir. İran sübut etdi ki, İraqdakı, Livandakı, Birləşmiş Ərəb Əmirliklərindəki – yeri gəlmişkən, orada 72 nəfər şiə də həbs olunub – Omandakı, digər ölkələrdəki və Yəməndəki proksilər vasitəsilə amerikalılara ağır zərbələr endirmək qüdrətindədir. Xatırlayırsınızsa, ABŞ administrasiyasının rəhbərləri, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, özünü müharibə naziri adlandıran Pit Heqset və CENTKOM-un bəyanatlarında Hörmüz boğazının minalardan tamamən təmizləndiyini demişdilər, amma elə gün yoxdur ki, Hörmüz boğazında bir neçə tanker minaya düşüb alovlanmasın və ya batmasın”.