Peruda 6,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 370 mindən çox əhalisi olan Uankayo şəhərindən 111 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı 118 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və mümkün insan tələfatı barədə hələlik məlumat verilməyib.