Vəkil Orxan Kəngərli həbs edildi

Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb.

Oxu.Az-a istinadən, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib. Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən axşam ""Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.