Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim etdi - FOTO

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Nazir Bakı Dövlət Universitetinin əvvəlki rektoru Elçin Babayevə rəhbərliyi dövründə universitetin inkişafı istiqamətində gördüyü işlərə və fəaliyyətinə görə təşəkkürünü bildirib.

Eyni zamanda Məleykə Abbaszadəni kollektivə təqdim edərək onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.