Azərbaycan cüdoçusu Məhəmməd Musayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
66 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rusiyalı İslam Sultiqova qalib gəlib.
Bu gün mübarizəyə qoşulan digər cüdoçularımız Nərgiz Əhmədova (48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Xədicə Qədəşova, Vüsalə Hacıyeva (hər ikisi 57 kiloqram) və Ayxan Mirzəzadə (60 kiloqram) isə yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatına noyabrın 22-də yekun vurulacaq.