Neftçalada 49 yaşlı kişinin meyiti tapıldı

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Xol Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Fuad Qəhrəman oğlu Xəlilov yaşadığı evin həyətindəki talvarda asılı vəziyyətdə aşkar edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.