Bakıda noyabrın 20-də və 22-də gecə saatlarında bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyətlər yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə aparılan işlərlə əlaqədardır.
Noyabrın 20-də saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən “Koroğlu” metrostansiyası istiqamətində, Zığ və Bülbülə-Əmircan döngələrində, həmçinin “Komsomol” dairəsi ərazisində hərəkət məhdudlaşdırılacaq.
Noyabrın 22-də isə saat 00:00-dan 05:45-dək “Koroğlu” metrostansiyasından hava limanı istiqamətində məhdudiyyət tətbiq ediləcək.
Bununla əlaqədar H1, 140, 150, 163, 189 və M8 nömrəli avtobusların hərəkəti müvəqqəti olaraq alternativ küçələr vasitəsilə təşkil olunacaq.
AYNA sərnişinlərə və sürücülərə səfərlərini planlaşdırarkən tətbiq ediləcək dəyişiklikləri nəzərə almağı tövsiyə edir.