Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi

“Xankəndi” futbol klubu yenidənqurmadan sonra doğma stadionunda ilk rəsmi oyununa çıxıb.

Azərbaycan I Liqasının VIII turunda komanda Xankəndi Şəhər stadionunda “Karvan-Yevlax”ı qəbul edib.

Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Karvan-Yevlax” 16 xalla turnir cədvəlinin III pilləsində, “Xankəndi” isə 6 xalla VIII pillədə yer alıb.

Qeyd edək ki, Xankəndi Şəhər stadionu əsaslı yenidənqurmadan sonra noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.