Bakı, 19 noyabr, AZƏRTACÇin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin eyni masa arxasında əyləşməsi qlobal güc rəqabətinin tənzimlənməsi baxımından mühüm geosiyasi məqamdır. Sammitin arxasında dayanan strateji hesablamaları anlamaq üçün görüşə aparan hadisələrin xronologiyasına, diplomatik təmaslara və tərəflərin siyasi ritorikasına nəzər salmaq vacibdir.Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsinin nizamlanmasına dair danışıqlardan sonra Moskva Kiyevə qarşı ritorikasını daha da sərtləşdirib. Rusiya rəsmilərinin açıqlamaları Kremlin Ukrayna ilə bağlı mövqeyində maksimalist tələblərini qoruyub saxladığını göstərir. Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvada Vladimir Putin, Dublində isə Volodimir Zelenski ilə görüşləri tərəflər arasında mövqe fərqlərinin hələ də aradan qalxmadığını nümayiş etdirir.Əbu-Dabi platformasında Rusiya və ABŞ Avropanın təhlükəsizliyi məsələsini gələcək razılaşmanın predmetlərindən biri kimi gündəmə gətiriblər. Avropa liderlərinin iştirakı olmadan Moskva və Vaşinqtonun bu məsələni müzakirə etməsi onların qitəyə mümkün geosiyasi sövdələşmənin predmeti kimi yanaşdıqları barədə fikirləri gücləndirir. Kiyev gücləndirilmiş zərbələrlə prinsipiallığını göstərir Ukrayna müharibəsinin Moskva ilə Vaşinqton arasında müəyyən ortaq məqsədlərin formalaşmasına zəmin yaratdığı görünür. Bu kontekstdə Çinin ABŞ və Rusiya ilə münasibətlərində hansı rolu oynaya biləcəyi məsələsi daha geniş və dərin məzmunlu müzakirələrə yol açır. Bu yanaşma Kiyevdə ciddi narahatlıq doğurur. Ukrayna yeni qlobal güc balansı ilə bağlı mümkün müzakirələrdə kənar maraqların təsirinə məruz qalan geostrateji alətə çevrilməmək üçün ciddi müqavimət göstərir. Bu baxımdan Ukrayna öz mövqeyinin prinsipiallığını nümayiş etdirmək məqsədilə cəbhədə hava hücumlarını genişləndirib. Ukrayna qüvvələrinin noyabrın 15-dən 16-na keçən gecə Kerç körpüsünə endirdiyi zərbələr Rusiyanın Krımla təchizat xətlərini kəsməyə yönəlmiş sistemli hərbi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilir. Noyabrın 17-nə keçən gecə həyata keçirilən növbəti hücum zamanı körpünün avtomobil hissəsinin tamamilə dağıdıldığı, dəmir yolu hissəsinin isə zədələndiyi bildirilir. Bununla Ukrayna qüvvələri Rusiyanın Krıma hərbi-logistik təchizatına təsir göstərməyi hədəfləyir. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, Kiyev bu əməliyyatlarda “Palianytsia” tipli reaktiv dronlardan, eləcə də “Neptun”, “Ruta” və “FP-5 Flamingo” qanadlı raketlərindən istifadə edib. ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Ukraynanın Kerç körpüsünə hücumu Rusiyanın həm iqtisadiyyat, həm də hərbi logistika baxımından strateji əhəmiyyət daşıyan obyektləri müdafiə etməkdə üzləşdiyi çətinlikləri üzə çıxarır.Bununla yanaşı, Rusiya da Ukraynaya qarşı genişmiqyaslı zərbələr endirib. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya qüvvələri Vinnitsa, Dnepropetrovsk, Kirovoqrad, Odessa, Ternopil və Çerkası vilayətlərində enerji infrastrukturunu hədəfə alıb. Hücumlar nəticəsində enerji təchizatında ciddi fasilələr yaranıb. Üçtərəfli görüş Ukrayna üçün nə deməkdir? Bu hadisələr Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammiti ərəfəsində baş verib. APEC sammiti ABŞ, Rusiya və Çin liderlərinin mövcud geosiyasi vəziyyətə uyğun yanaşmalarını danışıqlar masasına gətirmək istiqamətində atılan addımlarla yadda qalıb. Ukrayna müharibəsi fonunda Vladimir Putinin Şençjenə nüvə çantası ilə gəlməsi Rusiyanın nüvə arsenalını hərbi çəkindirmə vasitəsi olmaqla yanaşı, geosiyasi təzyiq aləti kimi də təqdim etməsi baxımından simvolik məna daşıyır. Bu görüntü Ukrayna müharibəsi ətrafında formalaşan nüvə təhdidi ritorikasının davamı kimi şərh oluna bilər. Bununla belə, nüvə çantasının xarici səfərlərdə Rusiya Prezidentini müşayiət etməsi qeyri-adi hal deyil və ölkənin nüvə komandanlığı və idarəetmə sisteminin təhlükəsizlik protokolunun bir hissəsidir.Donald Tramp isə birbaşa danışıqları, liderlər arasında şəxsi münasibətləri və konkret sövdələşmələri beynəlxalq problemlərin həllinin əsas vasitələri kimi önə çəkir. O, xüsusilə nüvə silahlarının azaldılmasını, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasını və böyük güclər arasında yeni razılaşmaların əldə olunmasını ABŞ-nin təhlükəsizlik maraqları kontekstində təqdim edir. İranla müharibə şəraitində bu yanaşma Vaşinqton üçün əlavə strateji əhəmiyyət kəsb edir.Si Cinpin ev sahibi və qlobal güc kimi uzunmüddətli strateji sabitliyin qorunmasını, böyük dövlətlər arasında qarşıdurmanın qarşısının alınmasını və iqtisadi-siyasi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini vurğulayır. Onun yanaşması Çin, Rusiya və ABŞ arasında münasibətlərin proqnozlaşdırılabilən diplomatik çərçivədə qurulmasını və Çinin beynəlxalq nizamın formalaşmasında rolunun gücləndirilməsini nəzərdə tutur.Moskva bir müddətdir ki, bu platformada ikitərəfli danışıqların məntiqi davamı olaraq Vladimir Putin, Si Cinpin və Donald Trampın üçtərəfli görüşünün təşkilinə çalışırdı. Nəhayət ki, bu görüş noyabrın 19-da baş tutdu. Əsasən Rusiyanın ekspert dairələrində və media quruluşlarında bu görüşü İkinci Dünya müharibəsindən sonrakı qlobal arxitekturanı formalaşdıran Yalta konfransının müasir analoqu kimi qiymətləndirən müzakirələr aparılır. Lakin Qərbdə və Avropada bu prosesə yanaşma tamamilə fərqli və daha ehtiyatlıdır. Qərb beyin mərkəzləri və mediası bu cür müqayisələrin reallığı əks etdirmədiyinə diqqət çəkirlər. Ancaq belə üçtərəfli görüş bir ilkdir. Liderlərin müzakirəsi Rusiya-Ukrayna, ABŞ-İran müharibələrinin qarşılıqlı təsirlərinin genişləndiyi zamana təsadüf edir. Bu baxımdan, sammitin əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də üç dövlətin – Rusiya, ABŞ və Çinin - görüşə hansı strateji məqsədlər, siyasi maraqlar və diplomatik gözləntilərlə qatılması idi. Vladimir Putin Şençjen görüşü vasitəsilə Rusiyanı ABŞ və Çinlə bərabərhüquqlu güc mərkəzi kimi təqdim etməyə çalışır. Kreml Vaşinqtonla davam edən danışıqlardan və Pekinlə strateji tərəfdaşlıq münasibətlərindən istifadə edərək Ukrayna münaqişəsinin öz maraqlarına uyğun həllinə nail olmağı, Qərbdən güzəştlər əldə etməyi və beynəlxalq təhlükəsizlik sistemində təsir dairəsini qoruyub saxlamağı hədəfləyir. Trampın əsas məqsədi isə ABŞ-nin beynəlxalq liderliyini qorumaq, Çin və Rusiya ilə birbaşa danışıqlar aparmaq, İranın nüvə proqramı və strateji silahlara nəzarət kimi məsələlərdə konkret razılaşmalara nail olmaqdır. Vaşinqton Ukrayna münaqişəsinin həlli prosesində Çinin Moskva üzərindəki təsir imkanlarından yararlanmağa çalışır. Ağ Ev beynəlxalq problemlərin həllində çoxtərəfli institutlardan daha çox liderlərarası diplomatiyaya və qarşılıqlı sövdələşmələrə üstünlük verir.Pekin sammit vasitəsilə Çinin qlobal siyasi nüfuzunu artırmağı, ABŞ və Rusiya ilə münasibətlərdə böyük güc statusunu möhkəmləndirməyi və beynəlxalq diplomatiyada aparıcı rolunu nümayiş etdirməyi hədəfləyir. Çin Rusiyanın strateji baxımdan zəifləməsində maraqlı deyil. Bununla belə, Pekin ABŞ ilə birbaşa qarşıdurmadan yayınmağa, Ukrayna müharibəsi və nüvə silahlarına nəzarət məsələlərində öz strateji maraqlarını qorumağa çalışır.Liderlərin mövqeləri aşağıdakı məqamlarla xarakterizə olunur:- Si Cinpin böyük dövlətlər arasında əməkdaşlıq və etimadın qlobal sülhün və strateji sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, Çin, Rusiya və ABŞ-ni qlobal problemlərin həllində birgə məsuliyyət daşıdığını bildirərək beynəlxalq münaqişələrin qarşısının alınması üçün əməkdaşlığın vacibliyini qeyd edib.- Vladimir Putin böyük dövlətlərin beynəlxalq sülhün, təhlükəsizliyin və hüququn qorunmasında xüsusi məsuliyyət daşıdığını önə çəkib. O, Rusiya-Ukrayna münaqişəsi də daxil olmaqla regional münaqişələrin həllində, eləcə də qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan əməkdaşlığın qurulmasında üç ölkənin ortaq maraqlarını vurğulayıb.- Donald Tramp ABŞ, Rusiya və Çin arasında dialoqun davam etdirilməsini, nüvə silahlarının azaldılmasını və qlobal təhlükəsizliyin gücləndirilməsini prioritet kimi təqdim edib. O, xüsusilə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün Vladimir Putinlə Ukrayna tərəfinin razılığa gəlməsinin vacibliyini qeyd edib. Görüşdən sonra nə olacaq? Liderlərin sammiti müharibələrin başa çatdırılması və ədalətli dünya nizamının formalaşdırılması baxımından həlledici dönüş nöqtəsi hesab edilə bilməz. Bu səbəbdən Ukraynada müharibənin davam edəcəyi ehtimal olunur. Bununla belə, döyüş meydanında Ukraynanın xeyrinə ərazi dəyişikliklərinin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Çin isə ABŞ-nin diqqətinin həm Yaxın Şərqə, həm də Avropaya yönəlməsindən istifadə edərək Tayvanın birləşdirilməsi istiqamətində siyasi və hərbi fəallığını nümayiş etdirən addımlar ata bilər. Bununla belə, yaxın perspektivdə Tayvana qarşı genişmiqyaslı hərbi müdaxilə ehtimalı aşağı qiymətləndirilir.Ağ Evin Avroatlantik məkanın təhlükəsizlik arxitekturasında liderlik rolundan və kollektiv müdafiə öhdəliklərindən köklü şəkildə imtina edəcəyi də gözlənilmir. ABŞ daha çox Ukraynadakı müharibə fonunda Avropa müttəfiqlərindən müdafiə xərclərinin və hərbi-maliyyə yükünün daha böyük hissəsini öz üzərinə götürməyi tələb edir. Bu yanaşma Rusiya ilə gələcək münasibətlərin və qlobal güc balansının tənzimlənməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, bu prosesdə Çinin mövqeyinin və strateji maraqlarının da nəzərə alınması qaçılmazdır.Üçtərəfli sammitin mümkün presedentini də bu kontekstdə qiymətləndirmək lazımdır. Belə ki, geosiyasi gərginliyin kritik həddə çatdığı və eskalasiya risklərinin artdığı məqamlarda ABŞ, Rusiya və Çin liderlərinin böhran kommunikasiyasını təmin etmək məqsədilə birbaşa görüşlər keçirməsi üçün zəmin yarana bilər. Müəllif – Aqşin Kərimov
Bu gün
3685 xəbər bu gün
Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, regional və beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırmağı planlaşdırır. Bu məsələlər iki ölkə arasında…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Koreya dekabr ayında Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində "ağıllı istixana" layihəsini dəstəkləməyi planlaşdırır. Bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kımqu ölkəsinin Dövlət Yaranma Günü və…
Bakı metrosunda Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Bakı Metropolitenindən bildirlib. Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən…
Bakı, 20 noyabr, AZƏRTACOtuz ildən artıqdır ki, minlərlə azərbaycanlı ailə doğmalarından xəbər gözləyir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min nəfərdən çox şəxsin taleyi hələ də naməlum olaraq qalır…
Bakı, 20 noyabr, AZƏRTAC Vitraj sənəti qədim tarixə malik olsa da, müasir dövrdə müxtəlif formalarda tətbiq olunaraq yeni yaradıcılıq imkanları yaradır. Şüşə üzərində rəng və naxışlarla işlənən bu sənət növü dekorativ…
Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"…
London, 20 noyabr, AZƏRTAC Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında ərzaq məhsullarının ixracı, gənclərin mobilliyi və karbon emissiyalarının tənzimlənməsi sahələrini əhatə edən yeni razılaşma əldə olunub…
Bakı, 22 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs edilib.Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən…
Moskva, 20 noyabr, AZƏRTAC Azərbaycan ilə Ermənistan arasında itkin düşmüş vətəndaşların birgə axtarışı ilə bağlı razılaşmalar əldə olunsa da, bu günədək heç bir praktik nəticə əldə edilməyib. Xüsusilə narahatlıq doğuran…
Ağdam, 20 noyabr, AZƏRTACDoğma yurda qayıdaraq uşaqlıq xatirələrini yenidən yaşamaq, illər boyu həsrətində olduğun torpaqlara qovuşmaq insana sözlə ifadəsi çətin olan duyğular yaşadır.Bunu AZƏRTAC-ın bölgə müxbirinə…
Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Yenicag.az-a Bakı Metropolitenindən bildirlib. Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi…
Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Bakı Metropolitenindən bildirilib. Qeyd edilib ki, bu səbəbdən...
Naftalanda 3 nəfəri avtomobil vurub. Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü...
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Naxçıvan şəhəri, Babək, Şərur, Culfa, Kəngərli,...
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq…
“Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıdığı şəraitdə Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyaya daxil edilməsi məntiqli deyil”. Bunu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Noyabrın 20-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında
Bu gün axşam saatlarında Bakı metrosunda qatarın hərəkətində texniki nasazlıq baş verib.
Bakıda gəlinini döyən qayınataya cinayət işi açılıb. News24.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. 66 yaşlı Bəhruz Səfərov (şərti adla) yaşadıqları evdə gəlini Firuzənin (şərti…
Ermənistanda Qarabağla bağlı səslənən yeni siyasi bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərində formalaşmaqda olan sülh gündəliyinin kövrəkliyini bir daha üzə çıxarır. Belə ki, son günlərdə İrəvanda bəzi siyasi…
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 17-də növbəti imtahan keçirəcək. Bu barədə Dİm-dən məlumat verilib. Bildirilib ki, imtahanda…
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yaranan yubanmaların səbəbi açıqlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib…
Ədliyyə Nazirliyinin Probasiya xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Probasiya nəzarətində olan şəxslərin əmək bazarına...
Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə…
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin gələcəyinin Kipr məsələsindən asılı vəziyyətə salınmasını yanlış strategiya adlandırıb. Bu barədə Hakan Fidan Ankarada…
Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib. Bu barədə Bakı Metropolitenindən bildirilib. Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə…
Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında 38-ci yerə yüksəlib.
Bakı metrosunda qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.Bu barədə Oxu24.com-a Bakı Metropolitenindən bildirlib.Bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən…
Dünya bazarında qızılın qiyməti yeni həftəyə də kəskin ucuzlaşma ilə başlayıb. ABŞ-da inflyasiyanın yüksək səviyyədə qalması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin…
Azərbaycan Respublikasının hüdudlarından kənarda terror təşkilatının fəaliyyətində iştirak edən şəxslər həbs ediliblər. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.Bildirilib ki, Azərbaycan Respublikasının…
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq…
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib.
Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə təşkil olunan "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə yeni təyinat olub.Metbuat.az-ın məlumatına görə, Alim Natiq oğlu Nəcəfov məktəbin direktoru vəzifəsinə təyin edilib.Qeyd edək ki, Alim Nəcəfov bu təyinata qədər həmin məktəbdə…
Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılmış sabit silahlı qrupun fəaliyyətində iştirak etmiş Azərbaycan Respublikası vətəndaşları saxlanılaraq…
Hörmətli cənab Prezident! Mən Sizə bir şəhid övladı olaraq dərin hörmət və …
Повреждены жилые дома, автомобили, АЗС и объекты гражданской инфраструктуры.
Размещенные в Польше зенитно-ракетные комплексы (ЗРК) Patriot приведены в боевую готовность, заявил польский вице-премьер и глава Минобороны Владислав Косиняк-Камыш, передает RMF24. «Были задействованы системы…
В Азербайджан доставили двух граждан страны, задержанных за рубежом по подозрению в причастности к террористической группировке «Вилаят Хорасан». Как сообщает Служба государственной безопасности Азербайджана, в...
В Нафталане автомобиль сбил трех человек. Как передает Day.Az со ссылкой на АПА, на территории города Нафталан автомобиль сбил школьников, пытавшихся перейти дорогу, - Р.Пашазаде (2014 г.р.), Дж.Садыгзаде (2017 г.р.) и…
Naftalanda 3 nəfəri avtomobil vurub. APA-nın məlumatına görə, Naftalan şəhəri ərazisində avtomobil yolu qarşı tərəfə keçmək istəyən məktəbliləri - 2014-cü il təvəllüdlü R.Paşazadə, 2017-ci il təvəllüdlü C.Sadıqzadə və…
В Нью-Йорке решили положить конец 150-летней традиции использования конных экипажей. Власти города приняли решение отказаться от этого вида транспорта, который на протяжении полутора веков оставался частью городской…
Граждане Азербайджана, участвовавшие за пределами страны в деятельности устойчивой вооруженной группы, созданной на почве религиозной вражды, радикализма и фанатизма, задержаны и доставлены на родину.