Bəxtiyar Aslanbəyli: AÇG-də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda sərbəst qaz layihəsi üzrə işlər planlaşdırıldığı qrafikə və büdcəyə uyğun davam edir.

"APA-Economics" xəbər verir ki, bu barədə bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində layihə üzrə ilk qazın əldə olunması münasibətilə tədbir keçirilib və bundan sonra nəzərdə tutulan əlavə işlərə başlanılıb.

Bəxtiyar Aslanbəyli gələn il kommersiya hasilatına başlanılması ehtimalı ilə bağlı suala cavab verərərək qeyd edib ki, kommersiya hasilatına başlamaq məqsədi ilə müvafiq işlər aparılır.