Alim Qasımovun ifası dünyaca dünyanı təlatümə gətirən GTA oyununda – Video

Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənir.

Oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənən musiqilər arasında sənətçilərin "Say It Right" mahnısına muğam interpretasiyası da var.

Sözügedən ifa Alim Qasımov və Fərqanə Qasımova tərəfindən illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim edilib.

GTA 6-nın "Kaleidoscope FM" radiostansiyası müxtəlif ölkələrdən olan musiqiçilərin məşhur mahnılara fərqli musiqi üslublarında hazırladıqları interpretasiyaları bir araya gətirir. Beləliklə, stansiyada populyar mahnıların qeyri-ənənəvi ifa versiyaları səsləndirilir.

Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Alim Qasımov qeyd edib ki, paylaşımlardan məlumatlıdırlar, çünki müqavilə var:

"Haqqıma girməyiblər, məlumatlıyam. Ömrümdə ilk dəfədir ki, hansısa jurnalist uğuruma görə təbrik edir. Sizə təşəkkür edirəm".

Alim Qasımovun köməkçisi İlkin Robin açıqlamasında qeyd edib ki, danışıqlar 2025-ci ilin iyun ayında olub:

"Rockstar Games"in saundtrek direktoru Toni Mesones bizə təklif etdi ki, belə bir mahnı görüblər.

Onlar növbəti oyunun yayımında "Say It Right" mahnısını muğam üslubunda ifasından istifadə etmək istədiklərini bildirdilər. Bu mahnı ilk dəfə ANS-in efirində səslənib. Onlar həmin videoda bu ifanı görüb, bəyəniblər. Uzun müzakirələr getdi, danışdıq. Nəhayət, avqust ayında rəsmi müqavilə imzaladıq. Daha sonra musiqini hazırlayıb onlara göndərdik. Hazırda oyunda istifadə olunur. Müqavilədə həm Alim bəyin, həm də Fərqanə xanımın icazəsi var. Bütün platformalarda yayımlanmasına rəsmi icazə vermişik".

Xatırladaq ki, sözügedən ifa Alim Qasımov və Fərqanə Qasımova tərəfindən illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim edilib. Oyunun "Kaleidoscope FM" radiostansiyasında səslənən musiqilər arasında sənətçilərin "Say It Right" mahnısına muğam interpretasiyası da var. (oxu.az)

Instagram paylaşımıinstagram.com/reel/Df6XL9byGkf/