Deputatın başına tökülən qatıq, gəlini qaçıran at – “Söz qaytaran”da maraqlı anlar -VİDEO

APA TV-nin “Söz qaytaran” verilişinin növbəti buraxılışı yenə maraqlı, qeyri-adi və ironik mövzularla tamaşaçıların diqqətini çəkib.

Verilişdə gündəmin müxtəlif hadisələri özünəməxsus yumor və satirik yanaşma ilə təqdim olunub.

Buraxılışın diqqətçəkən məqamlarından biri deputatın parlament iclasını “danışmaqxana” adlandırması olub. Bu ifadə verilişdə ironik şəkildə şərh edilib və maraqlı müzakirələrə səbəb olub.

Bundan başqa, bəy əvəzinə gəlini qaçıran atla bağlı qeyri-adi hadisə də tamaşaçılara təqdim edilib.

Verilişdə xanəndə Könül Xasıyevanın Xankəndidə pubda mahnı oxuması ilə bağlı söhbətlərə də yer ayrılıb.

Sevgilisinin həsrətinə dözməyərək özünü bıçaqlayan gənclə bağlı hadisə isə buraxılışın digər diqqətçəkən mövzularından olub.

Həmçinin deputatın başına qatıq tökülməsi ilə bağlı məsələ də aparıcıların ironik şərhləri ilə müzakirə edilib.

“Söz qaytaran”ın növbəti buraxılışında ciddi hadisələrin yumorla təqdim edilməsi, gündəlik həyatın qəribə məqamlarına fərqli baxış və aparıcıların hazırcavablığı verilişə xüsusi rəng qatıb.