Bakı, 19 noyabr, AZƏRTAC Fransanın Avropa və Xarici İşlər Nazirliyinin və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycana qarşı son iddiaları tamamilə qəbuledilməzdir. Fransanın nümayiş etdirdiyi selektiv yanaşma, birtərəfli qiymətləndirmələri və siyasi motivli narrativlərə əsaslanmaqda davam etməsi regionda sülh gündəliyinin irəliləməsinə xidmət etmir.AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.Fransanın Avropa və Xarici İşlər Nazirliyində xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazir Nikola Forissyenin və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin fransalı deputatın suallarına cavablarında Azərbaycana qarşı səsləndirdikləri iddialarla bağlı şərh verən A.Hacızadə deyib:“2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin və onlara bağlı strukturların Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz hərbi mövcudluğuna və fəaliyyətinə son qoyulmasına, ölkənin konstitusiya quruluşunun bərpa edilməsinə, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasına yönəlmiş və BMT Nizamnaməsinin müvafiq müddəaları da daxil olmaqla, beynəlxalq hüquqa uyğun həyata keçirilmişdir. Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, eyni zamanda, onilliklər ərzində davam etmiş işğalı, etnik təmizləməni və yüz minlərlə azərbaycanlının hüquqlarının sistematik şəkildə pozulmasını nəzərə almamaq qəbuledilməzdir. Humanitar məsələlərə gəldikdə, Azərbaycan ölkədə məhkəmə araşdırmasına cəlb edilmiş və ya məhkum olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsi cəhdlərini rədd edir. Məsuliyyətə cəlb edilən şəxslər arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vardır. Onların işlərinə Azərbaycanın milli qanunvericiliyi və müvafiq beynəlxalq öhdəlikləri çərçivəsində baxılıb. Xarici tərəflərin ağır müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmək cəhdləri hüququn aliliyi prinsipi ilə uzlaşmır.Azərbaycan mədəni və dini irsin dağıdılması və ya qəsdən dəyişdirilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edir. İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin qorunması və bərpası ölkəmizin davamlı prioritetləri sırasındadır. Eyni zamanda, Ermənistanın onilliklər boyu davam etmiş işğalı zamanı Azərbaycan xalqının mədəni və dini irsinə, o cümlədən məscidlərə, qəbiristanlıqlara və digər tarixi abidələrə qarşı törədilmiş genişmiqyaslı dağıntı və mənimsəmə hallarının diqqətdən kənarda saxlanılmaması vacibdir.Ermənistandan və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində öz evlərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli qayıdış hüququnun da eyni səviyyədə diqqətə alınmasının vacibliyini xatırladırıq. Humanitar məsələlərə selektiv yanaşma beynəlxalq hüquq və insan hüquqları ilə bağlı çağırışların etibarlılığını sarsıdır. Fransa hökumətinin özünün insan hüquqları və idarəçilik sahəsindəki vəziyyəti ilə bağlı ciddi narahatlıqları aradan qaldırmaq əvəzinə, digər dövlətlərin daxili işlərinə qiymət vermək mövqeyindən çıxış etməsi də diqqət çəkir. Fransa hüquq-mühafizə orqanları tərəfindən nümayişçilərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə qarşı həddindən artıq güc tətbiqi dəfələrlə ciddi narahatlıqlara səbəb olub. Fransada tələbə etirazları zamanı ağır xəsarət alanların olması, habelə polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı çoxsaylı araşdırmaların başlanması bu narahatlıqları daha da artırır. Bundan əlavə, Fransa siyasi xadimləri, o cümlədən parlament üzvləri ilə bağlı davam edən məhkəmə prosesləri və korrupsiya araşdırmaları şəffaflıq, ictimai hesabatlılıq və dövlət institutlarının dürüstlüyü ilə bağlı əsaslı suallar doğurur. Fransa digər ölkələrə qarşı selektiv tənqid və siyasi motivli qiymətləndirmələrə yol vermək əvəzinə, ilk növbədə öz daxilindəki bu problemlərin həllinə diqqət yetirməlidir.Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq”.
Bu gün
3729 xəbər bu gün
"Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin…
ABŞ Prezidenti Donald Tramp Ukrayna nümayəndələrinin iştirakı olmadan Rusiya Prezidenti Vladimir Putinlə ölkənin gələcəyi barədə razılığa gəlməyəcəyini bildirib. Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində…
Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin…
“Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin…
Milli Məclisin deputatı Məzahir Əfəndiyev 2027-ci ilin dövlət büdcəsi layihəsinin parlamentdəki müzakirələri və sənədin əsas prioritetləri ilə bağlı açıqlama verib.Deputatın sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən…
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Sloveniyanın "ACH Volley Lyublyana" kollektivini qəbul…
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir. Bu barədə Tramp ABŞ-yə qayıdarkən "Air Force One" prezident təyyarəsinin göyərtəsində olarkən…
Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Milli…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N…
London, 19 noyabr, AZƏRTAC Avropa İttifaqı (Aİ) Böyük Britaniya hökumətindən “Brexit”lə bağlı uzunmüddətli strategiyasını müəyyənləşdirməyi tələb edir. AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti avropalı…
Bakı, 19 noyabr, AZƏRTAC Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib. Bu barədə AZƏRTAC-a Milli…
Antalya, 19 noyabr, AZƏRTACAvropa İttifaqından (Aİ) güzəştli münasibət deyil, 30 illik Gömrük İttifaqından irəli gələn hüquqların tanınmasını və Türkiyənin unikal mövqeyinə hörmətlə yanaşılmasını gözləyirik.AZƏRTAC xəbər…
Ermənistan və Türkiyə iki ölkənin sərhədində yerləşən Marqara sahəsində ikinci körpü tikməyi planlaşdırır.
Sabah Bakıda Heydər Əliyev prospektinin "Koroğlu" metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gedib. Sfera.az-ın məlumatına görə, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist…
Almaniya iqtisadiyyatında 2026-cı ilin son aylarında artım tempinin sürətlənəcəyi gözlənilir. Buna səbəb dövlət büdcəsindən ayrılan genişmiqyaslı dəstək tədbirləri və əlverişli iqtisadi şəraitdir. Bu barədə Almaniya…
Süni intellekt texnologiyalarının sürətli inkişafı dünya üzrə elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır. Məlumat mərkəzlərinin enerji istehlakının yaxın illərdə iki dəfə yüksələcəyi proqnozlaşdırılır. Bu…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N…
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb.
Azərbaycan və Sudan arasında valyuta ehtiyatlarının idarə edilməsi üzrə təcrübə mübadiləsinin təşkil edilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qurumun baş direktoru Elrad Seydiyev…
Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib
Tbilisidə partlayış baş vermiş yaşayış binasının dağıntıları altından xilasedicilər daha bir nəfərin meyitini çıxarıblar
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bildirib
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib.
Москва расценила решение Хельсинки как дискриминацию по национальному признаку.
Турецкая компания Baykar передала силовым структурам страны первые три беспилотных истребителя Bayraktar Kizilelma, сообщает Anadolu. В заявлении, опубликованном в турецкой социальной сети NSosyal, компания назвала...
На Ханкендинском стадионе после капитальной реконструкции прошел первый официальный матч. Об этом сообщает АзерТАдж. В матче VIII тура I Лиги местный «Ханкенди» принимал «Карван-Евлах». Встреча...
Член сборной Азербайджана Магомед Мусаев завоевал бронзовую медаль на молодежном чемпионате мира по дзюдо, проходящем в Ташкенте. Как сообщили в Федерации дзюдо, дзюдоист, выступающий в весовой категории до 66 кг, начал…
Искусственный интеллект ускоряет проведение кибератак с дней и недель до часов, а в некоторых случаях - до минут.
Армянский ресурс Armenian Military Portal опубликовал то, что в приличных столицах называют списком целей. Военные объекты. Оборонные заводы. Транспортные и логистические узлы. Нефтяная и энергетическая инфраструктура…
В Союзе писателей Азербайджана состоялась презентация книги ветерана органов безопасности Азербайджана, полковника в отставке Азера Гараева "Взгляд сквозь призму безопасности", объединившей его статьи, аналитические…
Kiyevdə
Ukrayna müzakirəsi
Ermənistan və Türkiyə iki ölkənin sərhədində yerləşən Marqara sahəsində ikinci körpü tikməyi planlaşdırır. Ermənistan mediasına istinadən, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında…
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib. Təqdimat mərasimində çıxış edən elm və...
Bakının Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində ilk dəfə olaraq quraşdırılmasına başlanılan
Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. Foto bu ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumu zamanı çəkilib. Qordon paylaşımına “Azərbaycanın böyük…
Sabah Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq. Bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar…
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. Oxu.Az-a istinadən, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb…
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Nazir Bakı…
Ermənistan və Türkiyə iki ölkənin sərhədində yerləşən Marqara sahəsində ikinci körpü tikməyi planlaşdırır. Ermənistan mediasına istinadən, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında…
Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, üç nəfərin axtarışı davam etdirilir. Gürcüstan mediasının məlumatına görə, noyabrın 19-da…