Beyləqan rayonunda ölümlə nəticələnən verən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə noyabrın 17-də rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.
Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini su arxına aşırıb.
Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 1967-ci il təvəllüdlü Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.