Putinlə Tramp arasında görüş başa çatdı

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ikitərəfli görüş başa çatıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüş bir saatdan az davam edib.

Qeyd edək ki, danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.