Beyləqan rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə noyabrın 17-də saat 16:30 radələrində baş verib.
Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və avtomobil su arxına aşıb. Nəticədə sürücü ölüb, sərnişin, 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.