Vəkil Orxan Kəngərli narkotiklə saxlanıldı

“Alyans” Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.

“Qafqazinfo.az”a istinadən, Kəngərli polis tərəfindən tutulub.

İlkin məlumat ondan ibarətdir ki, vəkil qanunsuz narkotik dövriyyəsində ittiham olunur. Onun bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, bugünlərdə başqa iki vəkil də həbs edilib. Onlar dələduzluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunurlar.

Vəkillər Kollegiyası isə dünən baş verənlərlə bağlı məlumat yayıb. Kollegiyanın açıqlamasında deyilir ki, hər sahədə olduğu kimi, vəkillik sahəsində də ayrı-ayrı şəxslər tərəfindən qanunvericiliyin və peşə etikası qaydalarının pozulması halları istisna edilmir. Həmçinin heç bir peşə sahibi mümkün hüquqazidd əməllərdən sığortalanmayıb.