Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda baş verən qəzada ikisi uşaq olmaqla, dörd nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi "Opel" və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi "Tofaş" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və "Tofaş"ın iki azyaşlı sərnişini həlak olub. "Tofaş"da olan bir qadın sərnişin isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb.
Qazaxda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin adları açıqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, onlardan biri Kəmərli kənd sakini 1989-cu il təvəllüdlü Dəryahquluyev Sənan Hüseyn oğludur.
Onun idarə etdiyi avtomobildə ölənlərdən birinin öz qızı 2018-ci il təvəllüdlü Dəryahquluyeva Güllər, digəri isə 2018-ci il təvəllüdlü Mehtili Məhəmməd Elvin oğludur.
Qazax rayonunda avtoqəza zamanı üç nəfər ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza rayonun Aslanbəylı kəndinin ərazisində Yuxarı Salahlı-Kəmərli yolunda qeydə alınıb.
İki minik maşının toqquşması nəticəsində üç nəfər hadisə yerində ölüb. İki nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.