Qazaxda yol qəzası

QAZAX, 18 noyabr. TELEQRAF

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Qəzada ölənlər ana və iki azyaşlı övladıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.