Qazaxda ağır qəza oldu – Ölənlər var

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Salahlı ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.