Putin Çinə “nüvə çamadanı” ilə getdi - Video

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı onu strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan xüsusi çamadanla müşayiət ediblər.

Prezidentin köməkçisinin əlində daşıdığı çamadan jurnalistlərin diqqətini çəkib.

Belə ki, “Vesti”nin jurnalisti Yevgeni Popov Putini müşayiət edən adyutantın əlindəki “nüvə çamadanı”nı görüntüləyib. Adyutant jurnalistin sualına cavab olaraq bunun məhz həmin xüsusi çamadan olduğunu təsdiqləyib.

Qeyd edək ki, Rusiyada “Çeget” adlandırılan bu qurğu ölkənin strateji nüvə qüvvələrinin idarəetmə sisteminin tərkib hissəsidir. Sistem ali rəhbərliyin nüvə silahlarının tətbiqi ilə bağlı əmrləri müvafiq komandanlıq mərkəzlərinə ötürməsinə imkan verir.

Bildirilib ki, sözügedən çamadan Rusiya Prezidentini xarici səfərləri zamanı da müşayiət edir.