İmamoğluna iki il həbs cəzası verildi

Türkiyənin Cümhuriyyət Partiyasının 38-ci qurultayında qanunsuzluğa yol verilməsi üzrə aparılan məhkəmə istintaqı başa çatıb.

Türkiyə mediasına istinadən, məhkəmə aralarında CHP-nin keçmiş başqanı Əkrəm İmamoğlu da olmaqla 9 nəfərin barəsində 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Məhkəmə həmçinin, aşağıdakı şəxsləri “Seçki qanununa zidd hərəkət etmək” ittihamı ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib:

Rza Akpolat

Özgür Çelik

Nihat Yeşiltaş

Baki Aydöner

Erkan Aydın

Mehmet Kılınçarslan

Metin Güzelkaya

Serhat Can Eş

Məhkəmə Cemil Tugay, Hüseyn Yaşar və Özgen Namanın isə bəraət almasına qərar verib.