Nicat Poreçdə 1/4 finala yüksəldi

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında millimizin daha bir üzvü 1/4 finala vəsiqə qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Nicat Alırzayev 1/8 finalda litvalı Edqaras Trotenskislə üz-üzə gəlib. Təmsilçimiz rəqibini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Daha əvvəl 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/8 finalda israilli Abdullah Rahala 5:0 hesabı ilə qalib gəlib.

50 kq çəki dərəcəsində çıxış edən Bilalhəbaşi Nəzərov isə döyüş keçirmədən 1/4 finala adlayıb. Buna səbəb onun rəqibi, moldovalı Katalin Turkunun çəkisinin normadan artıq olmasıdır. Rəqib döyüşə buraxılmadığından boksçumuz qalib elan edilib.

Noyabrın 16-da start götürən Avropa çempionatına 24-də yekun vurulacaq.