Bakı, 18 noyabr, AZƏRTAC Noyabrın 16-18-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən Ukraynada Mina Fəaliyyəti üzrə 4-cü Konfransda (UMAC 2026) iştirak edib.Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib. Ümumilikdə 400-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda bir sıra ölkələrin yüksəksəviyyəli hökumət nümayəndələri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, özəl sektorun, minatəmizləmə qurumlarının, istehsalçı şirkətlərin, qeyri-hökumət təşkilatlarının və akademik dairələrin rəsmiləri təmsil olunublar. Konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı, şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb. Tədbirdə iştirak etmək mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.UMAC 2026 Konfransı çərçivəsində Vüqar Süleymanov bir sıra ikitərəfli və üçtərəfli rəsmi görüşlər keçirib. Sədr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Avropa İttifaqının Xarici Siyasət Alətləri Xidmətinin direktoru Peter Vagner və Cenevrə Beynəlxalq Humanitar Minatəmizəmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüşdə ölkəmizin üzləşdiyi mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparıb. Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) rəhbərinin müavini Roman Prymuş ilə görüşdə UMAC 2025 konfransı çərçivəsində ANAMA ilə SESU arasında imzalanmış “Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair” Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli tərəfdaşlıq və bu sahədə beynəlxalq təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Ukrayna iqtisadiyyat və ətraf mühit nazirinin müavini İhor Bezkaravaynyi və BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) nümayəndələri ilə keçirilən görüşdə tərəflər arasında humanitar minatəmizləmə sahəsində qabaqcıl təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.BMT-nin Ətraf Mühit Proqramının Cenevrədəki Ofisinin Kiyev üzrə Fəlakətlər və Münaqişələr bölməsinin baş proqram mütəxəssisi Pyer Karlo Sandey ilə görüşdə mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin ekoloji bərpası, minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsirləri və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri nəzərdən keçirilib.Vüqar Süleymanov, həmçinin Ukraynanın və digər beynəlxalq qeyri-hökumət təşkilatlarının bu sahədə fəaliyyət göstərən nümayəndələri ilə də görüşlər keçirib.
Bu gün
248 xəbər bu gün
Bakı, 20 noyabr, AZƏRTAC Norveç və Böyük Britaniya Qara dənizdəki dəniz dəhlizinin mühafizəsini gücləndirmək məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyard Norveç kronu (102,3 milyon dollar) olan iki yüksək sürətli patrul…
Misirin Menufiya əyalətində, Tell-Əbu-Bellu arxeoloji abidəsinin ərazisində aparılan qazıntılar zamanı Qədim Misirin Son dövrünə, Ptolemeylər dövrünə və erkən Roma dövrünə aid geniş nekropol aşkarlanıb.
Hindistanın müdafiə naziri Racnat Sinqh və xarici işlər naziri Subrahmanyam Caişankar, eləcə də onların yaponiyalı həmkarları Sindziro Koizumi və Toşimitsu Motegi müdafiə sahəsində…
Vyetnamın paytaxtı Hanoyun küçələri Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə əlaqədar Azərbaycanın dövlət bayraqları ilə bəzədilib. "Report"un Vyetnama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfər…
Dövlət başçısı tabeliyində olanlara, hətta onlar buna layiq olsalar belə, söyüş söyməməlidir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə Şençjendə keçirilən üçtərəfli görüşdə Ukraynadakı münaqişənin həlli məsələsinə xüsusi diqqət yetirib. Bunu ABŞ Prezidentinin…
Noyabrın 19-da Türkmənistanın Avaza şəhərində MDB Parlamentlərarası Assambleyasının Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib. Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və…
Paris, 20 noyabr, AZƏRTAC Parisdə Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq…
ABŞ-nin Nyu-York şəhərinin Beşinci prospekti (Fifth Avenue) Londonun Nyu-Bond-strit və Milanın Montenapoleone küçələrini geridə qoyaraq dünyanın ən bahalı ticarət küçələri reytinqində yenidən birinci yerə yüksəlib.
Fevralın sonunda başlayan münaqişədən bəri ABŞ Silahlı Qüvvələrinin İrana qarşı müharibəyə çəkdiyi xərclər 48 milyard dolları ötüb. Bu barədə Pentaqonun nümayəndəsi bildirib…
Parisin PSJ klubu dörd əsas futbolçu ilə müqavilələri uzatmaq niyyətindədir. Bu barədə "Report" "Canal+" telekanalına istinadən xəbər verir. Məlumata görə, klub qapıçı Matvey Safonov, cinah oyunçuları Xviça…
Toyuq əti zəngin zülal mənbəyi olmaqla əzələlərin bərpasına, immun sisteminin fəaliyyətinə və enerji ehtiyacının qarşılanmasına kömək edir. Tərkibindəki amin turşuları, B6 vitamini, sink və selenyum orqanizm üçün…
Noyabrın 19-da ABŞ Prezidenti Donald Trampı müşayiət edən jurnalistlərə Çindən uçuş zamanı "Air Force One" təyyarəsinin göyərtəsində mobil telefonlarını təhvil vermək tapşırılıb.
Norveç və Böyük Britaniya Qara dənizdəki dəniz dəhlizinin təhlükəsizliyini təmin etmək məqsədilə Ukraynaya ümumi dəyəri 1 milyard Norveç kronu (102,3 milyon dollar) olan sürətli patrul…
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Könüllülər koalisiyası"nın Berlində keçirilən görüşünün yekununa əsasən Avropa liderlərinin Rusiya-Ukrayna münaqişəsinin həllinə ciddi sadiqliyini qeyd edib. O, bu barədə "X"…
Bakı, 20 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri ilə Şençjendə keçirilən üçtərəfli görüşdə Ukraynadakı münaqişənin həlli məsələsinə xüsusi diqqət yetirib.AZƏRTAC xəbər verir ki, bunu ABŞ…
Игровую консоль PlayStation 5 запустили на телевизоре Boombox, выпущенном в 1980-х годах. Как передает Day.Az, таким образом удалось объединить современные игровые технологии с телевизором, которому около 40 лет. Для…
Hörmüz boğazında neft tankeri minaya düşüb, partlayışdan sonra gəmidə yanğın baş verib.
Bakı. Trend: “Comex” birjasında 2026-cı ilin dekabr ayında çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 3 650 dollardan aşağı düşüb. Bu, 2025-ci il sentyabrın 8-dən bəri ilk…
Somali hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirinə 72 saat ərzində ölkəni tərk etməyi tapşırıb, həmçinin öz səfirini Əbu-Dabidən geri çağırıb. Bu barədə “Middle East Eye”…
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər. Masazır klubunun sosial şəbəkə hesabında yayılan məlumata əsasən…
Böyük Britaniya və Avropa ölkələri Ukraynada sülh əldə olunduqdan sonra Rusiya ilə qitənin təhlükəsizliyinə dair danışıqlar aparmağa hazırdır
Almaniya Kansleri Fridrix Merz Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların neytral ərazidə və Avropa ölkələrinin iştirakı ilə keçirilməsinin tərəfdarı olduğunu bildirib
Moldova və NATO arasında məxfi məlumatların mübadiləsi və qorunması qaydalarını müəyyən edən inzibati saziş imzalanıb
Təkərin təmir edilə biləcəyi, yoxsa artıq dəyişdirilməli olduğu məsələsi bir çox avtomobil sahibini düşündürür. İnternetdə bununla bağlı çoxsaylı məsləhətlər olsa da, şinlərə qənaət etmək cəhdi ciddi təhlükə ilə…
Hörmüz boğazının şərqində tanker dəniz minasına dəydikdən sonra alovlanıb. Bu barədə İran mediası məlumat yayıb. (function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined')…
Siqaretin sağlamlığa zərəri ilə bağlı aparılan araşdırmalar səhər ilk siqaretin çəkildiyi vaxtın da mühüm əhəmiyyət daşıdığını göstərir. ABŞ Milli Xərçəng İnstitutunun mütəxəssislərinin iştirak etdiyi tədqiqatda 3249…
“Mançester Yunayted”in maliyyə itkiləri artmaqda davam edir. Klubun son rüb üzrə xalis zərəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə yüksəlib. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, sentyabrda…
Genuyanın Kristofor Kolumb adına Beynəlxalq Hava Limanı iki naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən bütün giriş və çıxış uçuşlarını müvəqqəti dayandırıb. "Il Messaggero" qəzetinə istinadən, hava…
Kiyev, 20 noyabr, AZƏRTAC Noyabrın 20-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, gecə saatlarında Kiyevdə güclü partlayış səsləri eşidilib.Yerli…
Danimarka parlamenti ABŞ-nin Qrenlandiya üzrə imzaladığı təhlükəsizlik müqaviləsini yekdilliklə təsdiqləyib.
В городе Вадодара, Индия, женщина пережила жестокое нападение агрессивной обезьяны во время утренней прогулки. Об этом сообщает Times of India, передает Day.Az со ссылкой на Lenta.ru. Животное набросилось на женщину…