Ronaldinyonun geri dönüşü tənqidlərə səbəb oldu

İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano 46 yaşlı braziliyalı Ronaldinyonun “Ravenna”da rəsmi oyunda meydan çıxmaq qərarını tənqid edib.

“Goal” nəşrinin məlumatına görə, “Milan”ın keçmiş hücumçusu futbol əfsanəsinin keçmişinə hörmət etməsinə baxmayaraq, meydana çıxmasını “fars” və “iyrənc tamaşa” adlandırıb.

“Əvvəlcə onu deyim ki, Ronaldinyonu həm insan, həm də futbolçu kimi yüksək qiymətləndirirəm. Onu Messi, Maradona, Ronaldo və bəlkə də Pele ilə birlikdə bütün dövrlərin ən böyük beş oyunçusundan biri hesab edirəm. Onun qeyri-adi karyerası olub, qazanması mümkün olan hər şeyi qazanıb. Onun istedadı misilsizdir”, – Kassano deyib.

Lakin keçmiş italyan hücumçu keçmişə heyranlığın indiki vaxtın tənqidinə mane olmamalı olduğunu vurğulayıb. Onun fikrincə, belə yaşda və belə vəziyyətdə meydana çıxmaq böyük idmançının imicinə xələl gətirir.

“Amma onun bu gün etdiyi şey mənə iyrənc gəldi. 46 yaşında niyə belə etdi? Başa düşmürəm… Bunu klub prezidenti Çipriani ilə əlaqələrinə görə, yoxsa ona çoxlu pul ödənildiyinə görə etdi? Niyə belə etdiyini bilmirəm. Düşünürəm ki, bu, bir farsdır”, – deyə Antonio Kassano əlavə edib .

Xatırladaq ki, Ronaldinyo İtaliya üçüncü divizionunda “Forli” üzərində 2-0 hesablı qələbə qazandıqları oyunda “Ravenna”nın heyətində meydana çıxmışdı. Braziliyalı futbolçu ilk hissədə meydanda olmuş və əvəzlənmədən əvvəl ev sahiblərinin qoluna töhfə vermişdi.

Daha əvvəl əfsanəvi yarımmüdafiəçinin “Ravenna” klubunda pay aldığı bildirilirdi.