Azərbaycanda fəaliyyət göstərən “AGRO-TECH SOLUTİONS” MMC 2026-cı il ərzində nizamnamə kapitalını daha iki dəfə artırıb.
Şirkətin nizamnamə kapitalı mayın 13-də 9 milyon 580 min 510 manatdan 10 milyon 90 min 510 manata yüksəldilib. Beləliklə, kapital 510 min manat artırılıb.
Noyabrın 5-də isə şirkət nizamnamə kapitalını daha 996 min manat artıraraq 11 milyon 86 min 510 manata çatdırıb.
Ümumilikdə, 2026-cı ilin may-noyabr aylarında “Agro-Tech Solutions” MMC-nin nizamnamə kapitalı 1 milyon 506 min manat və ya 15,7% artıb.
Xatırladaq ki, Banker.az-ın 25 fevral xəbərinə əsasən, cəmiyyət fevral ayında da nizamnamə kapitalını 518 min manat artırmışdır.