Bakı, 18 noyabr, AZƏRTAC Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın Almatı şəhərində təşkil olunan XXV Beynəlxalq “Education & Career” sərgisində təmsil olunur. BDU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq təhsil və karyera imkanlarının təqdim olunduğu sərgi müxtəlif ölkələrin ali təhsil müəssisələrini, təhsil təşkilatları və təhsil sahəsində fəaliyyət göstərən qurumları bir araya gətirir. Sərgidə iştirak edən BDU özünün zəngin akademik ənənələrini, beynəlxalq əməkdaşlıq imkanlarını, tədris proqramlarını və xarici tələbələr üçün yaratdığı təhsil imkanlarını beynəlxalq auditoriyaya təqdim edir.