Məşhur futbolçu karyerasını bitirdi

"Valensiya", "Çelsi" və "Mançester Yunayted"in sabiq futbolçusu Xuan Mata karyerasını başa vurduğunu açıqlayıb.

Ispaniyalı futbolçu bu barədə sosial media hesabında məlumat verib.

"Bəzən sevmək buraxmaq deməkdir. Təşəkkür edirəm, futbol", - Mata yazıb.

38 yaşlı oyunçu karyerasına “Real Madrid” akademiyasında başlayıb, lakin əsas komandada debüt etməyib. 2007-ci ildən 2011-ci ilə qədər yarımmüdafiəçi “Valensiya”da oynayıb, orada ulduza çevrilib və sonda “Çelsi”yə keçib.

Mata "mavilər"lə Çempionlar Liqasını və Avropa Liqasını qazanıb. 2014-cü ildə isə "Mançester Yunayted"ə keçib və "Qırmızı şeytanlar"ın meydandakı lideri olub. "Qırmızı şeytanlar"la Mata Avropa Liqasını, FA Kubokunu və Liqa Kubokunu qazanıb.

Futbolçunun karyerasında son klubu 2025-ci ildən bəri formasını geyindiyi “Melburn Siti” olub.